Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Osasko
Osasko ("Osasco") — Braziliyanın ikinci böyük şəhəri.
Panno
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Opasnıe adaları
Opasnıe — Şimal Torpağının cənub-qərbində yerləşən, iki adadan ibarət olan adalar qrupu. Sahillərini Şimal Buzlu okeana daxil olan Kara dənizinin suları yuyur. İnzibati cəhətdən Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə dazildir (Rusiya). == Yerləşməsi == Yaxınlığında yerləşən adalar: Bolşevik (42 km şərqdə), Oktyabr İnqilabı (50 km şimalda), Krasnoflotskie adaları (23 km şimal-şərqdə). == Təsviri == Arxipelaq iki elədə böyük olmayan iki adadan ibarətdir — Vostoçnıy adası və Zapadnıy adası. Onlar arasında məsafə 1,4 km təşkil edir. Hər iki ada dairəvi formaya malikdir. Diametrləri 200–250 m arasıbda dəyişir. Ən hündür nöqtəsi 14 metrdir (Vostoçnıy adası). Bir hissəsi buzla örtülüdür.
Orasio Kiroqa
Orasio Silvestre Kiroqa Fortesa (isp.: Horacio Silvestre Quiroga Forteza; 31 dekabr 1878[…], Salto – 19 fevral 1937[…], Buenos-Ayres) ─ Uruqvay yazıçısı, 31 dekabr 1878 ildə Salto şəhərində anadan olub. 19 fevral 1937 Buenos Ayresdə vəfat edib. == Həyatı və fəaliyyəti == Orasio Kiroqanın atası argentinalı diplomat Prudensio Kiroqadır. Oğlunun doğumundan iki ay yarım sonra təsadüfi tüfəng atəşindən vəfat etdi. Montevideoda təhsil alan Orasio ədəbiyyat və eksperimental elmlərə (mexanika, fizika, kimya) meyl göstərirdi. 1899-cu ildə Parisi ziyarət edir. Uruqvaya qayıdaraq ispan dilini tədris edir, jurnalistika ilə məşğul olur və fotoqraflığa meyl göstərir. İlk çıxışını 1901-ci ildə ispan dilli modernizmin (Ruben Dario) təsiri ilə yazılmış şeir və poetik nəsr kitabı ilə etdi. 1902-ci ildən əsasən Argentinada yaşayırdı. Bir fotoqraf olaraq, Təhsil Nazirliyinin dəstəyi ilə Leopoldo Lugones tərəfindən təşkil edilən Çako vilayətinə bir ekspedisiyada iştirak etmişdir.
Orasio Vekki
Orа́sio (Tibе́rio) Vе́kki (it. Orazio Vecchi; 6 dekabr 1550, Modena – 19 fevral 1605, Modena) — italyan bəstəkarı.
Oyaşio cərəyanı
Oyaşio cərəyanı— Oxot və ya Kuril cərəyanı kimi tanınan Oyashio (親 潮, "Parental Tide"), Sakit okeanın şimal hissəsinin qərbində cənuba axan və saat əqrəbinin əksinə fırlanan soyuq okean cərəyanıdır. == Xüsusiyyətləri == Oyaşio cərəyanının suları Şimal Buzlu okeanında meydana gəlir və Berinq boğazından cənuba doğru Berinq dənizinə keçərək, Şimal Buzlu okeanın soyuq sularını Sakit okeana və Oxot dənizinə daşıyır. Yaponiyanın şərq sahillərində Kurosio cərəyanı ilə toqquşur və Şimali Sakit okean dreyfini yaradır. Qida maddələri ilə zəngin olan Oyaşio cərəyanı dəniz canlılarını bəsləyən, bəsləyən ana rolu ilə məcazi olaraq adlandırılmışdır. Cərəyanın Rusiyanın Uzaq Şərq ərazilərinin, xüsusilə Kamçatka və Çukotun iqliminə mühüm təsiri var, harada ki, ağac artımının şimal sərhədi on dərəcəyə qədər cənuba daxili Sibirə hərəkət edir. Oyaşio cərəyanının suları soyuq suyun tərkibində olan yüksək miqdarda qida maddələrinə görə dünyada ən zəngin balıqçılıq sahəsindən birini formalaşdırır. Bununla yanaşı, Oyashio cərəyanı Vladivostokun buz dövründə isti liman olmağa və buzqıran gəmilərinin qışda açıq qalmasını tələb edir. Buna baxmayaraq, bu, Oxot dənizindən balıqların məhsuldarlığına nisbətən az təsir göstərir, çünki böyük dalğalar donmanın asanlıqla baş verməsini imkan vermir.
Buas-Panşo
Buas-Panşo (fr. Boisse-Penchot, oks. Boissa e Panchòt) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12028. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 40 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 540 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 311 nəfər (15-64 yaş arasında) 211 nəfər iqtisadi cəhətdən, 100 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,8%, 1999-cu ildə 70.2%).
Masayuki Okano
Masayuki Okano (d. 25 iyul 1972) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib, 2 qol vurub.
Odano Naotake
Odano Naotake (小田野直武, 18 yanvar 1750, Kakunodate[d] – 19 iyun 1780, Kakunodate[d]) – Akita məktəbinin nümayəndəsi olmuş Yaponiya rəssamı və samuray. == Həyatı == 1749-cu ildə Kakunodate qəsəbəsində samuray ailəsində doğulmuşdur. Naotake əvvəlcə rəssamlığın Kano məktəbi üzrə biliklərə yiyələnmişdir. 1773-cü ildə Hiraqa Qennay ilə tanış olmuş, ondan Qərb rəssamlığının nəzəriyyələri və texnikaları haqqında biliklər əldə etmişdir. 1773-cü ilin dekabrında metallurgiya öyrənmək üçün Edo şəhərinə köçmüş və Qennayın evində qalmışdır. Naotake tezliklə rəssam kimi məşhurlaşmış və 1774-cü ildə Suqita Qenpakunun "Yeni anatomiya kitabı" əsərini illüstrasiya etmək üçün seçilmişdir. O, Qennayın "Müxtəlif materialların klassifikasiyası" (1763) adlı əsərini illüstrasiya etmiş rəssam So Şisekidən dərslər alaraq Şen Nanpin üslubunda quş və çiçək rəssamlığını öyrənmişdir. Naotakenin əsərləri çiçəklər, quşlar, heyvanlar, fiqurlar, mənzərələr kimi müxtəlif mövzuları əhatə edir və Qərb dünyasının naturalist texnikaları ilə çəkilmişdir. O, Akita məktəbinin tanınmış nümayəndəsi olmuş, Akita daymyosu Satake Şozana rəssamlığı öyrətmiş və 1778-ci ildə onu Edo şəhərinə dəvət etmişdir. Lakin onun bu əlaqələri Qennayın xoşuna gəlməmişdir.
Pasto (Kolumbiya)
Pasto (isp. Pasto) — Narino departamentinin paytaxtı, şəhərin əsası 1539-cu ildə ispanyalı Atris tərəfindən qoyulmuşdur. == Tarixi == Pasto şəhəri İspaniya konkistadoru Sebastian de Belalcázar tərəfindən 1537-ci ildə qurulub. 1539-cu ildə başqa bir İspaniya konkistadoru Atris şəhəri cari yerinə köçürmüş və onu "San Xuan de Pasto" adlandırmışdı. Pasto şəhərinin iqtisadiyyatının inkişaf etməsinin əsas səbəblərindən biri italyan əsilli Qvido Buçelinin fəaliyyəti idi. Şəhər müstəmləkə dövründən bəri inzibati, mədəni və dini mərkəzi şəhər olmuşdur. Buna görə də şəhər Kolumbiyanın müqəddəs şəhəri hesab edilirdi. İspaniyaya qarşı Müstəqillik Savaşları zamanı Pasto realist bir şəhər idi. Partiya bu siyasi mövqeyə görə və coğrafi mövqeyindən ötrü müstəqillik qazandıqdan sonra, Pasto Kolumbiyanın qalan hissəsindən uzun müddət təcrid olunmuşdu. == Həmçinin bax == Kolumbiyanın inzibati bölgüsü Tunxa Monteriya Mokoa Florensiya (Kaketa) İnirida San Xose del Quavyare == İstinadlar == == Xarici keçidlər == Alcaldía de San Juan de Pasto Portal de turismo y Cultura del Municipio de Pasto.
Pasto (departament)
Pasto (isp. Pasto) — Narino departamentinin paytaxtı, şəhərin əsası 1539-cu ildə ispanyalı Atris tərəfindən qoyulmuşdur. == Tarixi == Pasto şəhəri İspaniya konkistadoru Sebastian de Belalcázar tərəfindən 1537-ci ildə qurulub. 1539-cu ildə başqa bir İspaniya konkistadoru Atris şəhəri cari yerinə köçürmüş və onu "San Xuan de Pasto" adlandırmışdı. Pasto şəhərinin iqtisadiyyatının inkişaf etməsinin əsas səbəblərindən biri italyan əsilli Qvido Buçelinin fəaliyyəti idi. Şəhər müstəmləkə dövründən bəri inzibati, mədəni və dini mərkəzi şəhər olmuşdur. Buna görə də şəhər Kolumbiyanın müqəddəs şəhəri hesab edilirdi. İspaniyaya qarşı Müstəqillik Savaşları zamanı Pasto realist bir şəhər idi. Partiya bu siyasi mövqeyə görə və coğrafi mövqeyindən ötrü müstəqillik qazandıqdan sonra, Pasto Kolumbiyanın qalan hissəsindən uzun müddət təcrid olunmuşdu. == Həmçinin bax == Kolumbiyanın inzibati bölgüsü Tunxa Monteriya Mokoa Florensiya (Kaketa) İnirida San Xose del Quavyare == İstinadlar == == Xarici keçidlər == Alcaldía de San Juan de Pasto Portal de turismo y Cultura del Municipio de Pasto.
Şuniçiro Okano
Şuniçiro Okano (d. 28 avqust 1931) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Aleksandriya Okasio-Kortez
Aleksandriya Okasio-Kortez (ing. Alexandria Ocasio-Cortez; 13 oktyabr 1989, Bronks, Nyu-York ştatı, ABŞ) — ABŞ siyasətçisi və ABŞ Nümayəndələr Palatasının üzvü.
Paseo del Prado
Paseo del Prado — İspaniyanın paytaxtı Madrid şəhərinin əsas bulvarlarından biridir. Bu şəhərin ən qədim şəhər dizaynlarından biridir və Bien de interes mədəni (BIC) statusuna malikdir. Plaza de Cibeles və Plaza del Emperador Carlos V arasında şimal-cənub istiqamətində yerləşir. == Tarixi == Bu sıx ağaclı, geniş və mərkəzi prospekt, şəhər sakinləri üçün əlamətdar yer və üç muzeyi əhatə edən İncəsənət Qızıl Üçbucağı da daxil olmaqla şəhərdəki mühüm mədəni və turizm yerlərinin yerləşməsidir: Prado Muzeyi (ilə Diego Veláqueque'nin Las Meninas və Francisco de Goya'nın La Maja vestida və La Maja desnuda), Thyssen-Bornemisza Muzeyi (səkkiz əsr Avropa rəsmini əhatə edən bir kolleksiya) və Reina Sofia Muzeyi (Pablo Picassonun Guernica'nın asıldığı yer) 20-ci əsrin sənət kolleksiyası arasında). Yaxınlıqda Parque del Buen Retiro və Casón del Buen Retiro (Prado Muzeyinin 19-cu əsr kolleksiyasına ev sahibliyi edir), habelə Real Akademia Española (İspan dili akademiyası), Bolsa de Madrid'in qərargahı yerləşir. (şəhər birjası) və Congreso de los Diputados (milli konqres). Plan Xüsusi Recoletos-Prado kimi tanınan və Alvaro Sizanın başçılıq etdiyi beynəlxalq memarlar qrupu tərəfindən müəllif olan Paseo del Prado və Paseo de Recoletos'un hərtərəfli islahatı və canlandırılması ilə bağlı mübahisəli bir layihə 23 il tarixində şəhər məclisi tərəfindən təsdiq edildi. İyun 2005, lakin 2010-cu ilin dekabr ayından etibarən ətraf mühitə təsiri öyrənilməsi davam edir və yenidənqurma işlərinə başlanılmamışdır.
El-Paso
El Paso — Texas ştatında şəhər, ABŞ.
El Paso
El Paso — Texas ştatında şəhər, ABŞ.
El Paso (dairə, Kolorado)
El Paso dairəsi, Amerika Birləşmiş Ştatlarının Kolorado ştatında yerləşən dairədir. Dairənin əhalisi 2014-cü ilin statistikasına görə 663,519 nəfər təşkil edir. Dairənin mərkəzi Colorado Springs şəhəridir.
El Paso Energy Building
El Paso Energy Building - 153 metr hündürlüyü olan Texasın Hyuston şəhərində göydələn. Tikintisi 1963-cü ildə bitmişdi, binada 33 mərtəbə var. Əvvəlcə binanın adı Tenneco idi. Bu göydələn Hyuston şəhərində hündürlüyünə görə 28-ci binadır.