Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Opasnıe adaları
Opasnıe — Şimal Torpağının cənub-qərbində yerləşən, iki adadan ibarət olan adalar qrupu. Sahillərini Şimal Buzlu okeana daxil olan Kara dənizinin suları yuyur. İnzibati cəhətdən Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə dazildir (Rusiya). == Yerləşməsi == Yaxınlığında yerləşən adalar: Bolşevik (42 km şərqdə), Oktyabr İnqilabı (50 km şimalda), Krasnoflotskie adaları (23 km şimal-şərqdə). == Təsviri == Arxipelaq iki elədə böyük olmayan iki adadan ibarətdir — Vostoçnıy adası və Zapadnıy adası. Onlar arasında məsafə 1,4 km təşkil edir. Hər iki ada dairəvi formaya malikdir. Diametrləri 200–250 m arasıbda dəyişir. Ən hündür nöqtəsi 14 metrdir (Vostoçnıy adası). Bir hissəsi buzla örtülüdür.
Ouşenin 8 rəfiqəsi
Ouşenin səkkiz rəfiqəsi (stilizə edilmiş: Ouşenin 8 rəfiqəsi; ing. Ocean's 8) — Rejissoru Qari Ross, ssenari müəllifləri Ross və Oliviya Milç olan 2018-ci il istehsalı ABŞ soyğun və komediya filmi. Film Stiven Soderberqin "Ouşenin" trilogiyasının həm davamı, həm də spin-offudur və aktyor heyətinə Sandra Ballok, Keyt Blanşett, Enn Heteuey, Mindi Kallinq, Sara Polson, Awkwafina, Rihanna və Helena Bonem Karter daxildir. Film Nyu-Yorkda yerləşən Metropoliten muzeyində hər il keçirilən "Met Gala" mərasimində böyük soyğun planlaşdıran Denni Ouşenin bacısı Debbi Ouşenin başçılıq etdiyi bir qrup qadından bəhs edir. "Ouşenin on üç dostu" filmi 2007-ci ildə buraxıldıqdan sonra Soderberq seriyanın "zirvəyə çıxmasını" istədiyini deyərək dördüncü filmi çəkmək niyyətində olmadığını bildirdi. Buna baxmayaraq, 2015-ci ilin oktyabrında tamamilə qadınlardan ibarət spin-off elan edildi və aktyor heyətinin çox hissəsi 2016-cı ilin avqustuna qədər təsdiqləndi. Çəkilişlər 2016-cı ilin oktyabrından 2017-ci ilin martına qədər Manhetten ətrafında aparıldı. "Ouşenin 8 rəfiqəsi" filminin premyerası 5 iyun 2018-ci ildə "Alice Tully Hall"da baş tutdu və 8 iyun 2018-ci ildə, "Ouşenin on üç dostu"nun buraxılmasından 11 il sonra Warners Bros. Pictures tərəfindən ABŞ-də ilk baxışa çıxarıldı. Film dünya üzrə 297 milyon ABŞ dolları gəlir əldə etdi və tənqidçilər tərəfindən həm aktyor heyəti, həm də filmin özü müsbət qiymətləndirildi.
Ouşenin 8 rəfiqəsi (film, 2018)