Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oroqrafiya
Oroqrafiya (yun. όρος – "dağ" və γραφία – "yazıram") — fiziki coğrafiyanın Yer səthinin relyef quruluşunu öyrənən bölməsi. Həmçinin "oreoqrafiya", "orologiya" və "oreologiya" adlarından da istifadə edilir. Orfoqrafiya – [yun. orthographia, orthos – düzgun] 1)dilçilikdə düzgün yazı qaydaları; 2)yazılı nitqin (söz və qrammatik formaların) düzgun əks olunmasını tənzim edən vahid qaydalar sistemi. Orfoqrafiya qaydaları nitqin yazılı formasını sabitləşdirir və ünsiyyət üçün əlverişli şəklə salır. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Oroqrafik okklüziya
Oroqrafik qar xətti
Orfoqrafiya
Orfoqrafiya, yazı qaydaları (q.yun. ὀρθογραφία, ὀρθός — "düzgün" и γράφω — "yazıram") — yazıda nitqin qrammatik formaları və sözlərin həmahəng ifadəsi. Həmçinin, bu həmahəngliyi təmin edən qaydalar toplusudur və bununla məşğul olan dilçiliyin sahəsidir. Orfoqrafiya — sözlərin düzgün yazılışını öyrənən, bir linqvistikanın sahəsidir. Yazılışın həmahəngliyi deyilişin individual və dialektik xüsusiyyətlərini aradan qaldırır, bu isə öz növbəsində təkrar soruşmaq imkanı olmadıqda qarşılıqlı anlaşmaya gətirib çıxarır. == Orfoqrafiyanın quruluşunun prinsipləri == Orfoqrafiya ilə yazının bilavasitə əlaqəsi olduğundan, yazının əmələ gəlməsi orfoqrafiyanın prinsiplərin formalaşmasında əsas təsir göstərən amildir. Bəzi dillərdə yazı çox qədimdir və heçvaxt islahat keçirilməyib, bu zaman demək olar ki, yazı dilin qədim formasını ifadə edir və həyatdan geri qalıb(misal üçün, ingilis dili).
Orfoqrafiya lüğəti
Orfoqrafiya lüğəti — hər hansısa bir dilə aid nəşr olunmuş konkret, tam səhvsiz mənbə Orfoqrafiya lüğəti tam səhvsiz olmalıdır. Bu tipli lüğətlərdə səhvlərə yol verilməməlidir. Çünki orfoqrafiya lüğəti mübahisələrə son qoyan bir istinad mənbəyidir. Elə bu səbəbdən orfoqrafiya lüğətində ən adi səhv bağışlanılmır, bir hərf səhvinə belə bəraət qazandırılmır. Məlumdur ki, oradakı səhvlər belə istifadəçilər tərəfindən düzgün kimi qəbul olunur. Lüğətdə getmiş səhvləri iki başlıq altında birləşdirmək olar: ənənəvi və mexaniki səhvlər. Ənənəvi səhv deyəndə onu nəzərdə tuturuq ki, bu nəşr özündən əvvəlki nəşrlərdə yol verilmiş səhvləri özündə qoruyub saxlayıb. Azərbaycanda ilk dəfə orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib. Bundan sonra 1940, 1960, 1975-ci ildə orfoqrafiya lüğətləri nəşr olunub. 29 illik fasilədən sonra sonuncu dəfə orfoqrafiya lüğəti 2004-cü ildə işıq üzü görüb.
Azərbaycan dilinin orfoqrafiya lüğəti
Azərbaycan dilinin orfoqrafiya lüğəti — Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununa görə Azərbaycan dilinin təsdiq olunmuş orfoqrafiya normalarına hüquqi, fiziki və vəzifəli şəxslər əməl etməli, Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. "Azərbaycan Respublikasının Dövlət Dili haqqında" Qanuna əsasən, Orfoqrafiya lüğəti ən geci 5 ildən bir təkmilləşməli və nəşr edilməlidir. == Haqqında == Orfoqrafiya (düzgün yazı) qaydaları sözlərin və onların bütün qrammatik formalarının düzgün yazılışını müəyyənləşdirir. Azərbaycanda ilk dəfə orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib. Bundan sonra 1940, 1960, 1975-ci ildə orfoqrafiya lüğətləri nəşr olunub. 1975-ci ilin lüğətində 58 min söz olub. 29 illik fasilədən sonra ilk dəfə orfoqrafiya lüğəti 2004-cü ildə çap edilib. 2004 nəşri Müstəqillik dövrünün və latın qrafikalı Azərbaycan əlifbası ilə ilk orfoqrafiya lüğəti olub. "Azərbaycan dilinin orfoqrafiya qaydaları" "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan dilinin orfoqrafiya qaydaları
== Müasir == O saitli alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik. Ü saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri. Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyf, meyil, əsil, şeir, feil. Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat. == Samitlərin yazılışı == Birinci hecasındakı samiti həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır: anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə. Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır. Əslində sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, mühüm, proses, sərhəd, hüsnxət. Sonu -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki, Yaroslavski, Mayakovski, ssenari, planetari, profilaktori, sanatori. Qeyd. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium.