Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kseniya Sobçak
Kseniya Anatolyevna Sobçak (rus. Ксения Анатольевна Собчак), d. 5 noyabr 1981) — Rusiyalı teleaparıcı, jurnalist, siyasətçi. == Həyatı == Teleaparıcı və aktrisa Kseniya Sobçak 5 noyabr 1981-ci ildə anadan olub. Sankt-Peterburq meri Anatoli Sobçakın və Federasiya Şurasının keçmiş üzvü Lüdmila Narusovanın qızıdır. Atası vəkil olan Anatoli Aleksandroviç Sobçak 1991-ci ildən 1996-cı ilə qədər Sankt-Peterburqun meri olub. 1998-ci ildə Sankt-Peterburq Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olan Sobçak daha sonra Moskva Dövlət Universitetinə köçürmə alıb. "Forbes" jurnalının araşdırmasına görə, onun təkcə 2008-2009-cu illər ərzində gəliri 1.2 milyon dollar olub. Gənc xanımın şəxsi həyatı da hər zaman qalmaqallı olub. Doğrudur, heç zaman rəsmi nikahda olmayıb.
Sonnak (Averon)
Sonnak (fr. və oks. Sonnac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kadenak-Qar kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12272. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 45 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 411 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 252 nəfər (15–64 yaş arasında) arasında 183 nəfər iqtisadi fəal, 69 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,6%, 1999-cu ildə 71,2%).
Sheel Oyounak Anni
Nensi Ajramın ikinci studiya albomu “Sheel Oyounak Anni” 2001-ci ildə çıxıb. Ərəbcə: شيل عيونك عني Albomun adının tərcüməsi “Gözlərini məndən çək”-dir. Janrı - ərəb popu. Bütün mahnılar Issam Zgheib və Wissam Al-Amir tərəfindən yazılıb, Elie El-Alia tərəfindən aranjeman olunub. Klip də “Sheel oyounak Anni” mahnısı üçün çəkildi.