Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stator
Stator (ing. stator, lat. sto-dayanıram) — elektrik maşınının tərpənməz hissəsi; maqnit keçiricisi və daşıyıcısı konstruksiya funksiyasını yerinə yetirir. Stator nüvədən və gövdədən ibarətdir. Dəyişən cərəyan maşınlarında nüvə üzərinə izolyasiya lakı çəkilmiş elektrotexniki polad vərəqlərdən (0.35–0.5 mm qalınlığında) yığılır. Nüvənin yuvalarında Stator dolağı yerləşdirilir. Dövri cərəyanlardan mühafizə üçün Stator dolağının naqilləri bir neçə paralel birləşdirilmiş məftildən ibarət olur.
Statik IP
Statik IP — Statik IP adresləri olan kompüterlərin IP adresləri dəyişməz. Server olan kompüterlər üçün statik IP tövsiyə edilir.
Statik elektrik
Statik elektrik(static electricity,статическое электричество)-obyektdə toplanmış elektrik yükü; yük daşıyıcıları hərəkət etmədiyindən statik adlandırılır. Statik yüklər 1000 V və ya daha yüksək səviyyəyə çata bilər, ancaq bu, insan üçün təhlükəsizdir, çünki bu halda cərəyan çox da böyük olmur. (Canlı toxumaların zədələnməsinə yalnız gərginlik deyil, cərəyan və gərginliyin kombinasiyası səbəb olur.) Fəqət elektron sxemlərdən keçən statik elektrikin boşalması tez-tez onları sıradan çıxardır, çünki inteqral sxemlərin əksəriyyəti statik yüklərin yaratdığı gərginlikdən əhəmiyyətli dərəcədə aşağı gərginlik üçün nəzərdə tutulub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 813 s.
Statik İnvertor
Ümumi DC\AC çeviricilər invertor kimİ adlandırırıllar və sabit cərəyandan dəyişən cərəyan parametrlərinə uyğun qiymətdə gərginlik hasil edirlər.İnvertorlarda əsasən tristorlardan,tranzistorlardanvə bunlar kimi nəzarətçi cihazlardan istifadəolunur. İnvertorlar əsasən 3 və 1 farzlı olaraq dizayn edilirlər.Kiçik siqnal və yarım dalğa invertorları əsasən bir əvəzləmə prosesi ilə fəaliyyət göstərirlər.İnvertor qoşulma yerindən asılı olaraq online və offline adlandırılır.Əgər ümumi dəyişən cərəyan xəttində yerləşdirilsə offline,ümumi mənbə kimi olarsa online adlandırılır.
Statik büdcə
Statik büdcə (sıx büdcə, ing. static budget) — planlaşdırma dövrünün əvvəlində formalaşan və biznes fəaliyyətinin müəyyən səviyyəsində planlaşdırılan dövr ərzində qüvvədə olan büdcə. Tərifi Amerikalı professor Rey Harrison statik büdcəni planlaşdırma dövrünün əvvəlində formalaşan və müəyyən biznes fəaliyyəti səviyyəsində planlaşdırılan dövr ərzində qüvvədə olan büdcə kimi müəyyən edir.