Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ostrovnoy
Ostrovnoy — Rusiya Federasiyasında yerləşən şəhər. Murmansk vilayətinə daxildir.
Aleksandr Ostrovski
Aleksandr Nikolayeviç Ostrovski (rus. Александр Николаевич Островский; d. 1823 - ö. 14 iyun 1886, Moskva) — Rusiya dramaturqu. == Həyatı == Aleksandr Ostrovski 1823-cü ildə Kostroma Vilayətinin Ostrovski rayonunda anadan olmuşdur. 1840-1843-cü illərdə Moskva Universitetinin hüquq fakültəsində təhsil almış, 1843-1851-ci illərdə Moskva məhkəmələrində işləmişdir. Estetik görüşləri V.Q.Belinskinin təsiri altında formalaşmışdır. == Yaradıcılığı == İlk əsərləri 1847-ci ildə dərc olunmuşdur. 1850-ci ildə tamaşaya qoyulan "Öz adamlarımızdır, düzəlişərik" satirik komediyası 1-ci Nikolayın göstərişi ilə qadağan edilmişdir. Pyeslərində mühüm sosial və əxlaqi problemlərə toxunmuş, pulun hakim kəsildiyi cəmiyyəti və despotizmi kəskin tənqid atəşinə tutmuşdur.
Nikolay Ostrovski
Nikolay Alekseyeviç Ostrovski (rus. Никола́й Алексе́евич Остро́вский, 29.9.1904–22.12.1936) — Sovet yazıçısı. == Həyatı == Rus yazıçısı Nikolay Alekseyeviç Ostrovski 1904-cü il sentyabrın 29-da Ukraynanın Rovno vilayətində fəhlə ailəsində anadan olmuşdur. Uşaqlıq illərində təhsil almaq ona nəsib olmamış, 11 yaşından işləməyə başlamışdır. 1927-ci ildə ağır iflic Nikolayı yatağa salmış, 1928-ci ildə isə gözləri tutulmuşdur. Lakin yenilməz iradəyə malik Ostrovski təslim olmamış, bütün mənəvi qüvvəsini toplayaraq yaşamaq uğrunda mübarizə aparmış, təhsilini artırmışdır. 1930-cu ilin payızında "Polad necə bərkidi" romanını yazmışdır. O, 1934–1936-cı illərdə Qərbi Ukrayna zəhmətkeşlərinin inqilabi mübarizəsindən bəhs edən 3 cildlik "Fırtınadan doğulmuşlar" romanı üzərində işləmişdir. Yazıçının əsərləri 100-dən çox dildə, o cümlədən Azərbaycan dilində dəfələrlə nəşr olunmuş, ekranlaşdırılmışdır. == Mükafatı == Lenin ordeni ilə təltif edilmişdir.
Yan Ostrovski
Yan Ostrovski (14 aprel 1999-cu ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Ayntraxt Frankfurt klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Lüksemburq futbolçusudur. == Karyerası == Ostrovski futbol karyerasına FSV Maynz 05 klubunun akademiyasında başlamışdır. Hal-hazırda isə Ayntraxt Frankfurt klubunda çıxış edir. == Milli karyerası == Ostrovski Lüksemburqda anadan olmuşdur. Valideynləri isə Polşa vətəndaşlarıdır. O, Lüksemburq millisi ilə debütünü 2017-ci ildə Albaniya millisinə qarşı oyunda etmişdir. Yoldaşlıq oyununda Lüksemburq rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.