Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ostrava
Ostrava (cz. Ostrava; de Ostrau; ; IPA: [ˈɔstrava]) — Çexiyanın şimal-şərqində, əhalinin sayına görə Çexiyada 3-cü yerdə, Moraviya-Sileziya diyarının inzibati mərkəzidir. Ostravitsenin, Oderin и Opavanın qovuşduğu yerdə yerləşir. Şəhərin tarixi yüksəkkeyfiyyətli kömür istehsalatı ilə sıx bağlıdır. Bununla o rəsmi olmayan "Respublikanın döyünən polad ürəyi" adı almışdı. Bugünlərdə ekologiyanın qorunması ilə əlagədar olaraq bu fabrik və zavodlarının bir çoxu bağlanılıb. == Tarixi == Arxeoloji qazıntılar təsdiq etdilər ki, Ostrava ərazisində insanlar hələ 25 000 il əvvəl yaşamışlar. Orta əsrlərdə buradan Kəhrəba yolu keçirdi. Şəhərin əsası 1267-ci ildə qoyulmuşdu. Vaxt keçdikcə şəhərin iqtisadi əhəmiyyəti enməyə başladı və XVIII əsrə Ostrava 1000 nəfər əhalisi olan, xırda bir provinsial şəhərə çevrildi.
Elinor Ostrom
Elinor Ostrom (ing. Elinor Ostrom; 7 avqust 1933[…], Los-Anceles, Kaliforniya – 12 iyun 2012[…], Bluminqton[d], İndiana) — amerikalı siyasətçi, alim və iqtisadçı. "Xüsusilə ictimai malların, iqtisadi baxımdan nəzarət edilməsi və istifadəsinin analizi" mövzusunda apardığı tədqiqatlarına görə 2009-cu ildə Oliver Uilyamson ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İqtisadiyyat üzrə Nobel mükafatını qazanan ilk qadın alimdir. == Həyatı == Elinor Ostrom ABŞ-nin İndiana ştatında yaşamışdır. Həm İndiana Universitetində, həm də Arizona Dövlət Universitetində eyni zamanda dərs demişdir. İndiana Universitetində "seçkin professor" fəxri adı daşımaqdadır. Tempidə yerləşən Arizona Dövlət Universitetində Araşdırma Professoru və Kooperativ Fərqlilik etüd Mərkəzinin qurucu direktoru vəzifəsini icra etmişdir. == Əsərləri == 1990: "Governing the Commons: The Evolution of Institutions for Collective Action". 1993: "Institutional Incentives and Sustainable Development: Infrastructure Policies in Perspective", Lari Şroder və Susan Uayni ilə birlikdə.
Struve Geodeziya Qövsü
Struve Geodeziya Qövsü — 2820 metr boyunca, 26 trianqular nöqtədən ibarət olan şəbəkə. Bu geodeziya qövsünün yaradılmasında əsas məqsəd Yerin xüsusiyyətlərini, forma və ölçülərini müəyyən etməkdir. O, Norveçin Hammerfest şəhərindən başlayaraq Qara dənizə qədər uzanır və ümumilikdə 10 ölkədən keçir. Qövs onun yaradıcısı əslən alman olan rusiyalı astronom Fridrix Vilhelm Struvenin şərəfinə adlandırılıb. == Numizmatika == 29 dekabr 2006-cı ildə Belarus Respublikasının Milli Bankı gümüş 20 rubl və mis-nikel qarışıqlı 1 rublluq xatirə sikkələri buraxılıb. 15 iyun 2009-cu ildə Moldova Milli Bankı 50 ley nominalında gümüş xatirə sikkəsi buraxıb. 11 may 2015-ci ildə Litva Bankı 20 avro dəyərində xatirə əsginası buraxmışdır.