Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ottavia Pikkolo
Ottavia Pikkolo (it. Ottavia Piccolo; 9 oktyabr 1949) — İtaliya televiziya və kino aktrisası. İtaliyanın Bolsano şəhərində anadan olmuşdur. İlk rolunu 13 yaşında Fyodor Dostoyevskinin Bəyaz gecələr povestinin tamaşa qoyulmasında oynamışdı. Rejissoru Vittorio Cottaffavi idi. Əsasən serial və şoularda çıxış edirdi. Həmçinin konda da rol alırdı. Öz geniş şöhrətini Serafino filmində, Lidia rolu ilə qazanmışdır. 1980-ci illərdən 1990-cı illərə kimi yalnız televiziyada çıxış edirdi. Sonuncu rolu, 2004-cü ildə çəkilən («Tu la conosci Claudia?») filmində olur.
Ottavio Rinuççini
Otavio Rinuççini (it. Ottavio Rinuccini, 20 yanvar 1562, Florensiya – 28 mart 1621[…], Florensiya) — italyan şairi və librettoçu. Yaradıcılıq illəri İntibah dövrünün sonu və Barokko erasının əvvəlinə təsadüf etmişdir. == Əsərləri == O, I Ferdinand və Kristina Lotarinqiyalının toyunda səslənən La pellegrina əsəri üçün mətinlər yazmışdır. Bundan başqa o, Yakopo Perinin "Dafna" və "Evridika", Culio Kaççininin "Evridika", Klaudio Monteverdinin "Ariadna" və "Nankör qadınların rəqs gecəsi", Marko de Qalyanonun "Dafna" operaları üçün mətnlər yazmışdır. == İstinadlar == == Ədəbiyyat == Grout, Donald Jay; Williams, Hermine Weigel (1988). A Short History of Opera. New York: Columbia University Press. ISBN 0-231-06192-7. Leopold, Silke (1991) [1982].
Otavio Rinuççini

Fabriza D'Ottavio
Fabriza D'Ottavio (d. 3 fevral 1985) — İtaliyanı təmsil edən bədii gimnast. Fabriza D'Ottavio İtaliyanı 2004 Afina, 2012 London Olimpiadalarında təmsil etdi. == Karyerası == Fabriza D'Ottavio 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Elisa Blançi, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Fabriza D'Ottavio növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Elisa Blançi, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu.
Davit Volkov
Davit Volkov (3 iyun 1995, Tbilisi) — Azərbaycan Premyer Liqasında çıxış edən Sabahın gürcüstanlı futbolçusu.
Davit İşxanyan
Davit İşxanyan (27 dekabr 1958, Heşan, DQMV) — Qondarma Dağlıq Qarabağ Respublikası siyasətçisi. Erməni İnqilabi Federasiyasının üzvü, 2023-cü ilin avqustundan separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının Milli Assambleyasının prezidentidir. O, 2023-cü ilin sentyabrında qısa müddətə Qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin səlahiyyətlərini icra edib. == Həyatı == 2023-cü il avqustun 7-də İşxanyan Milli Assambleyanın prezidenti seçilib. Sentyabrın 1-də o, həm də sələfi Arayik Harutyunyanın istefasından sonra prezident səlahiyyətlərini icra etdi və bu vəzifəni 2023-cü ildə keçiriləcək prezident seçkilərinə qədər saxladı. Bu postda İşxanyandan sonra Samvel Şahramanyan keçəcəkdi.