Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İlmenit
İlmenit — mineral, FeTiO3, Mg, Mn qarışıqları olur. İlmenit - triqonal. Kristalları lövhəvari. Rəngi qara. Parıltısı yarımmetallik. Sərtliyi 5-6. Xüsusi çəkisi 4,7. Qabbro, diabaz, piroksenit, siyenit peqmatitlərində və səpintilərdə tapılır. Növ müxtəlifliyi: pikroilmenit, manqanilmenit. Sinonim: Kriçtonit, Titanlı dəmir daşı.
Ormenis
Cladanthus (lat. Cladanthus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Ormenis (Cass.) Cass. Cladanthus arabicus (L.) Cass. Cladanthus eriolepis (Coss. ex Maire) Oberpr. & Vogt Cladanthus flahaultii (Emb.) Oberpr. & Vogt Cladanthus mixtus (L.) Chevall. Cladanthus scariosus (Ball) Oberpr.
Ormenis nobilis
Roma çobanyastığı (lat. Chamaemelum nobile) — chamaemelum cinsinə aid bitki növü. Güclü qoxuya malik bitkidir. Gövdəsi 10—30 sm hündürlüyündə, dikduran yaxud şaxələnmiş olur. İyul-sentyabr aylarında çiçəkləyir. Anacyclus aureus L. Anacyclus nobilis L. ex B.D.Jacks. Anthemis aurea DC. Anthemis nobilis L. basionym Anthemis santolinoides Munby Chamaemelum romanum Garsault, nom. inval. Chamomilla nobilis Godr. Ormenis nobilis (L.) J.Gay ex Coss.
Otenio Abel
Otenio Lotar Frans Anton Lui Abel (alm. Othenio Lothar Franz Anton Louis Abel‎; 20 iyun 1875[…], Vyana – 4 iyul 1946[…]) — Avstriya paleontoloqu və təkamülçü bioloqu. O, SSRİ EA-nın fizika-riyaziyyat şöbəsinin biologiya elmləri (paleontologiya) kateqoriyası üzrə xarici müxbir üzvü (1927) olmuşdur. Abel 1900-cü ildə Vyanada Milli Geoloji Xidmətdə işə düzəlmiş, 1902-ci ildə dosent olmuşdur. O, 1912–1917-ci illərdə Vyana Universitetində paleontologiya və 1917–1934-cü illərdə paleobiologiya professoru olmuş, sonra 1935-ci ildən Göttingen Universitetinin professoru olmuşdur. O, əsasən paleontoloji məzmunlu çoxlu sayda əsərlərin müəllifidir. Abel "Onurğalıların paleobiologiyasının əsasları" (1912) əsərində fosil onurğalıların həyat tərzini, yəni onların hərəkət rejimini, qidalanma rejimini, yaşayış yeri və s. başa düşməyin yollarını araşdırmışdır. Onun digər əsərlərində də filogenetik və ekoloji problemlər mərkəzi yer tutur. Abelin paleontoloji tədqiqatları ilə bir sıra məməlilərin, xüsusən dəbalinakimilər və sirenlərin filogeniyasına mühüm töhfələr vermişdir.