Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tayka Vaytiti
Tayka Vaytiti (ing. Taika Waititi; 16 avqust 1975, Vellinqton, Yeni Zelandiya) —Yeni Zelandiya film istehsalçısı və aktyoru. "Oskar", "BAFTA" və "Qremmi" mükafatları qazanmış və 2 dəfə "Primetime Emmi" mükafatına namizəd göstərilmişdir. Tayka Vaytiti 16 avqust 1975-ci ildə Yeni Zelandiyanın Raukokore bölgəsində doğulmuş və Vellinqtonda böyümüşdür. Atası incəsənət xadimi, anası isə məktəb müəllimidir.
Tayka islahatı
Tayka islahatı (大化の改新, Tayka no Kayşin) – 645-ci ildə Yaponiyada həyata keçirilmiş bir sıra siyasi innovasiyalar. Tayka islahatı Şahzadə Nakano Oe (daha sonra İmperator Tenci) və Nakatomi no Kamatari (daha sonra Fucivara no Kamatari) tərəfindən 645-ci ildə Soqa klanı hakimiyyətinə qarşı olan çevrilişdən sonra baş tutmuşdur. Tayka islahatı imperator ailəsinin bütün Yaponiya boyunca mütləq hakmiyyətini bərqərar etmək və Çindəki Tan sülaləsinin dövləti əsasında hökumət qurmaq üçün həyata keçirilmişdi. Çindən götürülən yeniliklərdən biri imperator dövrlərini adlandırmaq idi və taxta çıxmış İmperator Kotoku hakimiyyətinin birinci yarısını Tayka dövrü ("Böyük dəyişiklik") adlandırmışdır. Tayka islahatını araşdıran alimlər onu Meyci islahatı ilə müqayisə etsələr də, ondan fərqli olaraq, Tayka islahatı diqqətlə planlaşdırılmış və elan olunmuş islahatdır. Tayka dövründən əvvəl Yaponiya müxtəlif klanlar tərəfindən idarə olunurdu və imperatorluq sarayı 50 il boyunca Soqa klanının təsiri altında olmuşdur. Soqa klanı intriqa, manipulyasiya və qətlərlər hakimiyyətdə qalırdı. Soqa klanının son lideri olan Soqa no İrukanın qurbanlarından biri 643-cü ildə öldürülmüş Şahzadə Yamaşiro Oe idi. Bu qətldən sonra İruka öz malikanəsini saraya çevirmiş və oğullarını şahzadə adlandırmışdır. 645-ci ildə Şahzadə Nakano Oe və Nakatomi no Kamatari Nakanonun anası olan İmperatriça Koqyokunun sarayında İrukanı öldürmüşdürlər.