Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ottisk
Ottisk – [rus. tiskat – basmaq, sixmaq] 1)mətbəədə çap olunmuş materialların ayrıca nüsxəsi; 2)poliqrafik üsulla yerinə yetirilmiş təsvir; 3)çap surəti, basma – səthinə boyaq cəkilmiş çap formasının kağız və ya başqa material üzərində alınan izi. Poliqrafiya proseslərində keyfiyyətin yoxlanması üçün çıxarılan surətə nümunə ottiski, kütləvi şəkildə hazırlanan surətə isə tiraj ottiski deyilir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Otris
Otris (yun. Όθρυς) — Yunanıstanda, Ftiotida və Maqnisiya periferik bölmələrinin sərhəddində yerləşən dağ silsiləsi. Uzunluğu təqribən 90 km, hündürlüyü dəniz səviyyəsindən 1,726 metrə qədərdir. Qədim coğrafiyada Orti, Orfis, Ofri dağı, Ofriya (q.yun. Ὄθρυς, lat. Othrys) adlandırılmışdır.
Lusi Tarkvini Prisk
Lusi Tarkvini Prisk (lat. Lucius Tarquinius Priscus; e. ə. VII əsr – e.ə. 578, Roma) - Qədim Romanın V çarı. == Haqqında == Ank Marsinin ölümündən sonra Lusi Tarkvini Prisk Roma çarı olmuşdur. O, da latın, sabin və etrusk tayfalarına qarşı vuruşmuşdu. Çox ehtimal ki, Tarkvini Prisk Roma çarları içərisində etrusklar kimi şahlıq əlamətləri gəzdirən ilk padşah olmuşdu. O, atlı dəstələrin sayını artırmışdı. Tarkvini Prisk Roma şəhərini gözəl binalarla bəzəmək planını tərtib etmişdi və Kapitoli məbədinin tikilməsinə başlamışdı.
Qay Helvidi Prisk (konsul)
Qay Helvidi Prisk (lat. Gaius Helvidius Priscus; 55, Roma – 96) — Roma imperiyasının siyasətçisi, 87-ci ildə konsul-suffekt. == Həyatı == Qay Helvidi Prisk 55-ci ildə Romada, eyniadlı zadəganlar ailəsindən idi. O, stoaçı filosof və müxalifətçi Qay Helvidi Priskin oğlu olmuşdur. Yaxşı təhsil alan Prisk gəncliyində senator olmuşdur. O, 87-ci ildə Qay Bellisi Natal Tebanianla birlikdə konsul-suffekt təyin edilmişdir. Prisk sonradan siyasətdən əl çəkərək kənddə yaşamağa başlamışdır. O, hökuməti tənqid edən poetik bir kitabça tərtib etmiş və bu, imperator Domisianı qəzəbləndirmişdir. Helvidi 96-cı ildə həbs edilmiş və burada vəfat etmişdir. == Yaradıcılığı == Qay Helvidi Prisk mövzularını Roma və yunan miflərindən götürdüyü çoxsaylı faciələrin müəllifi olmuşdur.