Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ottana
Ottana (sardin: Otzàna) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhərdir. Sahəsi 45,07 km²-dir. Kommunanın əhalisi 2307 nəfər, əhalinin sıxlığı bir kvadrat kilometrə 51 nəfərdir. == Qonşu kommunalar == Ottana kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Bolotana, Noragugume, Olzai, Orani, Sarule və Sedilo.
Tringa totanus
Otluq ilbizcüllütü (lat. Tringa totanus) — i̇lbizcüllüt cinsinə aid quş növü. == Görünüşü == Nisbətən gödək dimdiyi və uzun ayaqları olan kifayət qədər iri cüllütdür. Bədəninin uzunluğu 28 sm, qanadları 144 – 170 mm, çəkisi 120 q-a yaxındır. Üstü qonurumtul – boz, qara çilli, altı ağ, sıx çilli, quyruqüstü ağdır. Başqa trinqalardan fərqli olaraq qanadının iç kənarı boyunca uçuş zamanı yaxşı görünən enli ağ zolaq uzanır. Qırmızı ayaqları və dimdiyinin qırmızı əsası ilə seçilir. Qara və boz cüllütlərdən fərqli olaraq Azərbaycanda yuvalayır, həm də qışlayır. Sayına görə kifayət qədər adidir. Yuvalama arealı Sibirin böyük hissəsi və Rusiyanın şimal-şərqi istisna olmaqla demək olar ki, bütün Palearktikanı əhatə edir.
Oktant (bürc)
Oktant (lat. Octans) — göyün cənub yarımkürəsində bürc.