Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tsabit
Tsabit (ərəb. تسابيت‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, paytaxt Əlcəzairdən təxminən 971 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir. Tsabit kommunası Bəşar vilayətinin Sbaa, Metarfa, Şəruin, Talmin, Xabi və Tabelbala kommunaları ilə həmsərhəddir. Sahəsi 13,263 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 17 mm). Orta illik temperatur 24,3 °C-dir.
Hişam Əl-Otaibi
Hişam Əl-Otaibi (1946 – 4 Yanvar 2017) — Küveytli siyasətçi. Əl-Otaibi 1998-ci ildən 1999-cu ilə qədər Küveytin Maliyyə və Sənaye naziri vəzifəsində çalışmışdır. Əl-Otaibi 1946-cı ildə anadan olmuşdur. O, Oklahoma Universitetinin mühəndislik elminin bakalavr səviyyəsinə qədər yüksələ bilmişdir. O, 1990-cı illərdə Küveyt Fond Birjasının Baş Direktoru vəzifəsində çalışmışdır. Sonralar Hişam Əl-Otaibi 1998-ci ildən 1999-cu ilə qədər Küveytin Maliyyə və Sənaye naziri vəzifəsində çalışmışdır. Bundan əlavə, Əl-Otaibi Küveytdə, Böyük Britaniyada bir sıra beynəlxalq firma və təşkilatların bir sıra vəzifələrində çalışmışdır. O cümlədən Küveyt Qazma Şirkətinin və Küveyt Beynəlxalq İnvestisiya Şirkətinin direktoru olmuşdur. Hişam Əl-Otaibi 4 yanvar 2017-ci ildə 70 yaşında vəfat etmişdir.