Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Osteit
Osteit (qədim yunan dilindən ὀστοῦν - sümük) sümük toxumasının, o cümlədən, insan skeleti sümüklərinin iltihabını xarakterizə edən xəstəlikdir. Osteit olduqca geniş yayılmış bir xəstəlik növüdür. Lakin onun təmiz forması, sümük iltihabı çox nadir hallarda rast gəlinir və demək olar ki, bütün elementləri - periosteum, sümük və sümük iliyi bu prosesdə iştirak edir. Düzgün diaqnoz və müalicə ilə tam sağalma şansı vardır. Osteitin bir neçə növü ayırd edilmişdir. qeyri-spesifik osteit - müxtəlif xəsarətlər, sınıqlar və ya ekstremal halların , o cümlədən düzgün aparılmayan sümük əməliyyatının nəticəsidir. spesifik osteit - müxtəlif bakteriya və viruslar (vərəm, sifilis və s.) tərəfindən sümük zədələnməsinin nəticəsidir. kəskin osteit - sümüklərin məhvi; xroniki osteit - sümük proliferasiyası Eksudatın xarakterinə görə isə aseptik və irinli olaraq ayrılırlar. Osteitin yalnız iki səbəbi vardır. Bunlardan birincisi infeksiya və zədədir.
Yosemit şəlaləsi
Yosemit şəlaləsi — Şimali Amerikanın ən yüksək ölçülü şəlaləsidir. Kaliforniyanın Sierra Nevadasının Yosemit Milli Parkında yerləşən şəlalə, xüsusilə yazın sonunda, su axışı zirvədə olduğu zaman parkda böyük bir cazibədir.
Tsyan Tsemin
Tsyan Tsemin (17 avqust 1926[…], İnçiü, Çin Respublikası – 30 noyabr 2022, Şanxay) — Çin Kommunist Partiyasıın 8-ci Baş naziri.
Ötəmiş Hacı
Ötəmiş Hacı ibn Mövlanə Məhəmməd Dosti — XVI əsr tarixçisi. Ötəmiş Hacının Mövlanə Məhəmməd Dosti adlı bir şəxsin oğlu olub, Xarəzmdə hökmdarlıq edən Şibanlılardan Yadigar xan sülaləsinin xidmətində olmuş olduğu və hətta onlara vəzirlik etdiyini də öz ifadəsindən anlaşılır. XVI əsrdə Qızıl Orda sarayının katibi Ötəmiş Hacı Çingiz xan və onun hakimiyyətdə olan sülaləsindən bəhs edən “Çingiznamə” əsəri ilə tanınıb. Ötəmiş Hacının “Çingiznamə”si Qızıl Orda dövləti haqqında günümüzə qədər gəlib çatmış ən əsas mənbələrdən biri hesab olunur. Çağatayca XVI əsrdə qələmə alınmış əsərdə Qızıl Orda dövlətinin hökmdarları, siyasi idarəetmə sistemi və sosial-mədəni vəziyyət haqqında geniş bilgi verilir. Ötəmiş Hacının “Çingiznamə” adlı əsəri Azərbaycan, Qazax, Yapon və Türk dillərinə tərcümə olunaraq nəşr olunub. Əsər AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor köməkçisi Mehman Həsən və Nəsimi adına Dilçilik İnstitutun doktorantı Dilbər Türksoy tərəfindən tərcümə olunaraq nəşrə hazırlanıb və “Qələm” nəşriyyatında çap olunub. Qızıl Orda dövləti haqqında aparılan araşdırmalarda əsas qaynaq kimi istifadə olunan “Çingiznamə”nin Daşkənd və Orenburq nüsxələri mövcuddur. Hazırda çap olunan əsər Daşkənd nüsxəsidir. Bu nüsxə ilk dəfə 1992-ci ildə Qazaxıstanda, 2008-ci ildə Yaponiyada, 2009-cu ildə isə Türkiyədə nəşr olunub.
Yosemit Milli Parkı
Yosemit Milli Parkı — Amerika Birləşmiş Ştatlarında, Kaliforniyada yerləşən milli park. Park UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir. Yosemite Milli Parkı dərin yivli vadiləri və qranit qayalıq zirvələri ilə özünə xas və çox diqqətə çarpan geoloji quruluşları özündə saxlayır. Parkda həmçinin çox sayda şəlalələr, axar sular və sekvoya ağaclarından ibarət meşələr (bəlkə də dünyada hələ də yaşayan ən qədim və ən böyük canlı növü) var. Yosemite parkının geoloji quruluşu qranit qayalıqlar və tarixi qayalıqların qalıqlarından ibarətdir. Təxminən 10 milyon il əvvəl Syerra Nevada çayı əvvəl qabarmış və daha sonra da yana yataraq maili qərb yamaclarını və daha sərt maili şərq yamaclarını meydana gətirmişdir. Bu qabarma nəticəsində dərə və çay yataqlarının dikliyi artmış, bu da dərin və dar dərələrində meydana gəlməsinə səbəb olmuşdur. Təxminən 1 milyon il əvvəl buralarda qar və buzlanma hakim olmuşdur.
Qalçanın kondensasion osteit sindromu
Qalçanın kondensasion osteit sindromu (ing. osteitis condensans ilii) – kondensasion qatılaşma, toplanma deməkdir. Dəfələrlə doğmuş gənc qadınlarda rast gəlir, çox vaxt simptomsuzdur, xoşxassəlidir, HLA-B27 əlaqəsi yoxdur, əsas əlaməti X-ray oma-qalça oynağının qalça sümüyü tərəfində üçbucaq şəkilli sklerozlaşmasıdır.
Semit-hamit dil ailəsi
Semit-hamit dil ailəsi –semit, Misir (hamit), liviyabərbər, kuş və çad budaqları ilə təqdim olunur. Semit budağı şimal və cənub qruplarına ayrılır. Onlardan birincisi akkat (babil-assur) dilindən ibarət olan şərq yarımqrupuna və xananey, finikiya, uqarit, moavit, qədim yəhudi və aramey dillərindən ibarət olan qərb yarımqruplarına ayrılır. İsraildə hazırda süni sürətdə qədim yəhudi dilini bərpa etməy çalışırlar. Aramey dili b.e.ə VI əsrdən başlayaraq eramızın VI əsrinə qədər yaxın Şərqdə ən geniş yayılan dil olmuşdur. Onun qalıqlarına hazırda Livanda təsadüf edilir. Arameyin bir hissəsi aysor dili kimi bu günə qədər Rusiya, İraq, İran və Türkiyədə saxlanılır. Semit dillərinin cənub qrupu ərəb və efiopiya dilləri ilə: amxar, tiqre, tiqrinye ilə təmsil olunmuşdur. Köhnə həbəş dili-gez hazırda kilsə dili kimi saxlanılır. Qədim, orta və yeni Misir dilləri Misir budağına aiddir.