Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qranat
Qranat qrupu - Ümumi formulu A3B2 [SiO4]3 olan minerallar; burada A = Mg2+, Fe2+, Mn2+, Ca2+, Y3+, nisbətən az Na+, K+; B=Al3+, Fe3+, Cr3+, Mn3+, nisbətən az V3+, Ti3+, Ti4+, Zr4+, TR3+. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Kubik sinqoniya == Növ müxtəliflikləri == Qessonit – qırmızı rəngli dəmirli qrossulyar; melanit – demək olar ki, tam qara rəngli titanlı andradit; demantoid – rəngi yaşılımtıl-sarıdan zümrüdü — yaşıladək olan andradit və b. == Xassələri == Rəng – müxtəlifdir: ağdan qarayadək (göy rəng istisna olmaqla); pirop – qırmızı; almandin – qırmızı, qonuru-qırmızı, qara; spessartin – sarı, narıncı-sarı, tünd-qırmızı; qrossulyar – rəngsiz, açıq-yaşıl; andradit – qonur, yaşıl, qara; uvarovit – zümrüdü-yaşıl; Mineralın cizgisinin rəngi – müxtəlif çalarlı açıq rəngli; Parıltı – yağlı, şuşə, bəzən almaz; Şəffaflıq – yarımşəffaf, bəzən şəffaf; Sıxlıq – 3,50–4,30: piropun – 3,57, qrossulyarın – 3,60, uvarovitin – 3,83, andraditin – 3,87, spessartinin – 4,19, almandinin – 4,30; Sərtlik – 6,5–7,5; Kövrəkdir; Ayrılma – yoxdur; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari, qabıqvari; Bölünmə – bəzən {110} üzrə; Başqa xassələr – dəmirli növlərinin maqnitlik xassəsi vardır; Morfologiya – kristallar: rombododekaedrik və tetraqon-trioktaedrik; İkiləşmə: nadir hallarda {210} üzrə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, püruzlar. == Mənşəyi və yayılması == Əsasən uqranditlərlə təmsil olunmuş qranatların ən mühüm yığınları turş maqmatik süxurlarla karbonat süxurlarının (əhəngdaşı və dolomitlərin) endo- və ekzokontakt zonasında kontakt — metasomatik yolla əmələ gəlir. Maqmatik mənşəli qranatlar əsasən piralspitlərə aiddir: pirop ultraəsası süxurlar üçün xarakterikdir; almandin və spessartin isə qranitlərin və qranit peqmatitlərinin tipik minerallarıdır. Metamorfik mənşəli qranatlara ekloqitlərdə, kristallik şistlərdə rast gəlinir. Andradit bəzən hidrotermal damarlarda tapılır. Almandin çökmə süxurların tipik qırıntı mineralıdır. Pirop və almandin dayanıqlı kimyəvi birləşmələr olub, içərisində yerləşdikləri süxurların parçalanması zamanı səpintilərə keçirlər.
Hrant Dink
Hrant Dink (erm. Հրանդ Տինք; 15 sentyabr 1954, Malatya – 19 yanvar 2007, İstanbul) — erməni əsilli Türkiyəli jurnalist, Aqos qəzetinin baş redaktoru. 2007-ci ilin 19 yanvar tarixində, yerli vaxtla saat 15:00 — də İstanbulda işlədiyi redaksiya binasının qarşısında sui-qəsd nəticəsində öldürülmüşdür. == Həyatı == Hrant Dink 1954-cü ildə Malatya şəhərində anadan olmuşdur. Atası və anası Sivas ilindən olan Hrant ailəsi 1961-ci ildə İstanbul şəhərinə köçmüşdür. Ailə daxili münaqişələr səbəbindən, Hrant ailəsi 1961-ci ildə dağılmışdır. Valideynlərinin ayrılması səbəbindən Hrant Dink və digər iki qardaşı ilə birlikdə Gedikpaşa Erməni Uşaq Evinə verilmişdir. Hrant Dink gənclik illərində siyasətlə maraqlanırdı. Əsasən solcu qüvvələri müdafiə edən Hrant Kommunist Partiyası ilə əlaqə yaratmağa başladı. Orta təhsilini bitirdikdən sonra, Hrant İstanbul Universitetinə daxil olur.
Əmir Ohana
Əmir Ohana (ivr. ‏אָמִיר אוֹחָנָה‏‎; 15 mart 1976, Beer-Şeva) — İsrailli hüquqşünas, keçmiş Şin Betin rəsmisi və hal-hazırda Likud üçün Knesset üzvü və İctimai Təhlükəsizlik Naziri olaraq çalışan siyasətçidir. Əvvəllər Ədliyyə naziri vəzifəsini tuturdu. Knessetin ilk açıq gey sağçı üzvü və Likuddan Knessetdə xidmət edən ilk açıq gey adamdır. O, eyni zamanda İsrail hökumətində nazir təyin edilən ilk açıq gey şəxsdir.