Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoslarit
Qoslarit — mineral, Zn[SO4]×7H2O == Haqqında == Qoslarit - rombik. Süni kristalları prizmatik. Ayrılması {010} üzrə mü­kəmməl. Aqreqatı: qaysaqlar, stalaktit və stalaqmitlər, kip, dənəvər, ya da lifli. Rəngsiz şəffaf; Fe, Mn və Cu qatışıqlarında qonuru-yaşıl və abı. Parıltısı şüşəli, ipəyi. Sərtliyi 2-2,5. Xüsusi çəkisi 1,98. Asanlıqla susuzlaşır və ağ toza çevrilir. Dadı büzücü, metallik.
Aşarit
Aşarit — mineral, Mg[HBO3] == Haqqında == Aşarit - Rombik. Habitus. Lifli, iynəvari, təbaşirəbənzər. Rəngi ağ. Sərtliyi 3,5. Xüsusi çəkisi 2,68. Boratların çökmə yataqlarında, duzlu süxurlarda; metasomatik yataqlarda lüd­vi­qit və serpentinlə birgə. Bor elementinin filizi. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
ESPRIT arena
Merkur Spiel-Arena — Almaniyada stadion. Avroviziya 2011 müsabiqəsinin keçirildiyi bu arena 2004-cü ilin sentyabrında istifadəyə verilib.
Oskari Sallinen
Oskari Sallinen (22 iyun 2001-ci ildə Finlandiyada anadan olub) — JJK klubundan icarə əsasında da Erediviziya təmsilçilərindən olan Qroningen klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. == Klub karyerası == === Villiketut === Sallinen Villiketut akademiyası vasitəsilə inkişaf etmişdir. Sallinen öz peşəkar karyerasında debütünü 7 may 2017-ci ildə TP-47 klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Villiketut liqa görüşündə rəqibinə 4-1 hesabı ilə məğlub olmuşdur. === JJK === Sallinen 2017-ci ilin yayında JJK klubuna transfer olmuşdur. O, klub ilə debütünü 15 iyun 2017-ci ildə HJK Helsinki klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Tommi Karini əvəz etmişdir. Həmin görüşdə JJK liqa görüşündə rəqibinə 4-0 hesabı ilə məğlub olmuşdur. === Qroningen === 19 iyul 2017-ci ildə Sallinen satın alma qarşılığında Erediviziya təmsilçilərindən olan Qroningen klubuna icarəyə verilmişdir.
Filip Ospali
Filip Ospali (15 may 1976, Usti nad Labem) — Çexiyanı təmsil edən triatlonçu. == Karyerası == Filip Ospali Çexiyanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı nəticəsiz başa vurdu. Daha sonra Filip Ospali Çexiyanı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 29-cu pillədə başa vurdu. Növbəti dəfə Filip Ospali Çexiyanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 20-ci pillədə başa vurdu.
Sarit Hadad
Sarit Hadad (20 sentyabr 1978) — İsrail müğənnisi. == Həyatı və karyerası == Sarit Hadad 1978-ci il sentyabrın 20-si İsrailin Afula şəhərində anadan olub. Əsl adı Sara Xudadatovadır. Onun ailəsi 1976-cı ildə İsrailə köçmüş, əslən Dərbənddən olan dağ yəhudiləridir. Özündən böyük 3 bacısı və 4 qardaşı var. Saranın 3 yaşı olan zaman ailə Hadera şəhərinə köç edir. Uşaq yaşlarından musiqiyə maraq göstərmiş, lakin dağ yəhudiləri olaraq valideynləri onun müğənni olmaq istəyinə qarşı çıxmışdı. 10 yaşında gənc istedadlılar arasında keçirilmiş yarışda iştirak edir, orada fortepianoda ifa edir. O həmçinin orqan, gitara, akkordion və dabrukada da ifalar etmişdi. Gecələr klublarda konsert vermək üçün gizlincə evdən qaçmış, buna görə dəfələrlə ailəsi tərəfindən cəzalandırılmışdı.
B-2 Spirit
Nortrop B-2 "Spirit" (ing. Northrop B-2 Spirit) — Northrop Grumman şirkəti tərəfindən hazırlanan amerikan ağır az-sezilən strateji bombardmançı. Sıx Havadan müdafiyəni(HM) sıçramaq və adi yaxud nüvə silahını çatdırmaq üçün nəzərdə tutulur. Az-sezilməsi üçün stelz texnolojilərdən istifadə olunur: təyyarə radio-udan materialla örtülüb, "uçan qanad" aerodinamik sxem üzrə yaradılıb, mühərriklərin reaktiv axınları ekranlaşdırılır(əks olunur). == Xarakteristikası == Dünyada ən çox tanınan təyyarələrdən biri, aeorodinamik sxeminə görə “uçan qanad” adlanan “B-2 Spirit” bombardımançılarıdır. O həmçinin dünyanın ən məhvedici silahlarından biri sayılır. İlk başdan bu təyyarəni strateji nüvə bombardmançısı kimi layihələndirsələr də, soyuq müharibənin sonunda onu adi bombardmançı kimi modifikasiya etdilər. ”B-2” düşmənin Hava Hücumundan Müdafiə komplekslərindən yan keçə və 40 tona qədər bomba ilə 10 min kilometr məsafəni havada yanacaq doldurmadan qət edə bilir. ”Stels” texnologiyalı “B-2” –ni qorxulu edən onun radarlara yaxalanmamasıdır.
Northrop B-2 Spirit
Nortrop B-2 "Spirit" (ing. Northrop B-2 Spirit) — Northrop Grumman şirkəti tərəfindən hazırlanan amerikan ağır az-sezilən strateji bombardmançı. Sıx Havadan müdafiyəni(HM) sıçramaq və adi yaxud nüvə silahını çatdırmaq üçün nəzərdə tutulur. Az-sezilməsi üçün stelz texnolojilərdən istifadə olunur: təyyarə radio-udan materialla örtülüb, "uçan qanad" aerodinamik sxem üzrə yaradılıb, mühərriklərin reaktiv axınları ekranlaşdırılır(əks olunur). == Xarakteristikası == Dünyada ən çox tanınan təyyarələrdən biri, aeorodinamik sxeminə görə “uçan qanad” adlanan “B-2 Spirit” bombardımançılarıdır. O həmçinin dünyanın ən məhvedici silahlarından biri sayılır. İlk başdan bu təyyarəni strateji nüvə bombardmançısı kimi layihələndirsələr də, soyuq müharibənin sonunda onu adi bombardmançı kimi modifikasiya etdilər. ”B-2” düşmənin Hava Hücumundan Müdafiə komplekslərindən yan keçə və 40 tona qədər bomba ilə 10 min kilometr məsafəni havada yanacaq doldurmadan qət edə bilir. ”Stels” texnologiyalı “B-2” –ni qorxulu edən onun radarlara yaxalanmamasıdır.
Spirit (Formula-1 komandası)
Spirit (orijinalda ing. Spirit Racing) - Formula-1-in 1981-ci ildə Böyük Britaniyada yaranmış ilk konstruktor komandası. Komanda 1982-ci ildə Avropada keçirilən Formula-2 Çempionatında, daha sonra 1983 və 1985-ci illərin Formula-1 sezonunda iştirak etmişdir. Formula-1-də keçirilən 23 yarışma içərisində komandanın ən yaxşı nəticəsi 1983-cü ildə Niderland qran-prisi ilə 7-ci yer olmuşdur. == Formula-2 == Spirit Racing - 1981-ci ilin avqust ayında mühərrik təchizatçıları vasitəsilə Formula-1-ə yenidən qoşulmaq istəyən Bridgestone və Hondanın dəstəyi ilə yarış komandasının keçmiş əməkdaşları Con Uikem, Qordon Koppak tərəfindən yaradılmışdır. Onlar 1982-ci ildə Avropada keçirilən Formula-2 Çempionatında iştirak etmək istədiklərindən komandaya Koppakla birlikdə Spirit 201 avtomobilinin layihəsini qurmaqla, onda Honda şirkətinin 2 litrlik hərəkətedici V6 mühərrikini yerləşdirməyə qərar verən eks-dizayner Maklaren Con Bolduini də komandaya cəlb etmişdilər. Malboro şirkətinin dəstəyi, eləcə də peşəkar sürücülər Stefan Johansson və Thierry Boutsen sayəsində komanda tez bir zamanda çempionatın 13 mərhələsindən 8-ci yerdə yarımmövqe tutmaqla, həmçinin üç yarışda (Butsen) qələbə qazanmaqla müvəffəqiyyət əldə etdi. == Formula-1 == Hələ 1982-ci ildə Formula-2 Çempionatı tamamlanmamışdan əvvəl Honda Formula-1 üçün turbo mühərriklərin prototipini buraxdı. Prototip mühərriki aldıqdan sonra komanda Spirit Formula-1-in qaydalarına uyğun olaraq avtomobil Spirit 201-in şossesini dəyişməklə, 1983-cü ilin Formula-1 yarışmasında iştirakını planlaşdırmaqla, 1982-ci ilin noyabr ayından yeni mühərriklə Silverstone marşrutu istiqamətində sınağa başladı. Hondanın maliyyə bazası ilk Formula-1 yarışmasındakı iştirakı kimi yenidən kölgədə qalmağa və digər Formula-1 yarışmaçıları ilə sınaq yarışlarından, eləcə də Kaliforniyadakı Villou Sprinqs və Riverside yarışlarından da imtina etməyə çalışırdı.
Spirit of the Night
Spirit of the Night (azərb. Gecənin ruhu‎) — San-Marinonun 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. San Marinolu ifaçı Valentina Monetta və Amerikalı ifaçıCimmi Vilson duet şəklində ifa etdikləri "Spirit of the Night" mahnısı ilə San-Marinonu Avroviziya 2017-də təmsil etmişdir. Mahnının musiqisi Ralf Ziqel, sözləri isə Steven Barnakl və Cutta Staudenmayerə aiddir.
Spirit in the Sky (mahnı)
Spirit in the Sky (azərb. Səmadakı ruh‎) — Norveçin 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. KEiiNO qrupu "Spirit in the Sky" mahnısı ilə Norveçi İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Tom Huqo Hermansen, Fred Bulyo, Aleksandra Rotan, Henrik Tala, Aleksandr Olsson və Rudiqer Şramm tərəfindən bəstələnmişdir. Mahnının əsas mövzusu gender bərabərliyi və önmühakimələrdir.