Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Padua
Padua (lat. Pàdoa) — İtaliyaın şimal-şərq seqmentində, Veneto Bölgəsinə bağlı Padova vilayətinin mərkəz şəhəri. Bacchiglione çayı sahilində yerləşir. 312 000 əhalisi var. == Tarixi == Əfsanəyə görə Troyalı qəhrəman Antenor tərəfindən qurulan şəhər Roma dövründə Patavium adıyla adlandırıldı. Romalı tarixçi Liviusa görə adı qeydlərə ilk dəfə e.ə. 302də keçmişdi. Şair Dante bir müddət Padovada yaşamışdı. 1318də Karrara ailəsinin rəhbərliyinə girən şəhər 1405-1797 arasında Venesiya Respublikasının, 1815-1866 arasında da Avstriyanın suverenliyində qalmışdı. İtaliyanın müstəqilliyini məqsəd qoyan Risorgimento (Yenidən Yüksəliş) hərəkətində əhəmiyyətli rol oynadı.
Androsace caduca
Yarpaqtökən dəlikçiçək (lat. Androsace caduca) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin dəlikçiçək cinsinə aid bitki növü.
Drosera caduca
Drosera caduca (lat. Drosera caduca) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Padua Universiteti
Padua Universiteti (it. Università degli Studi di Padova - UNIPD) — İtaliya Respublikasının Padua şəhərində yerləşən ali təhsil müəssisəsi; Dünyanın ən qədim ali məktəblərindən biridir. == Tarixi == 1222-ci ildə yaradılmış Padua Universiteti İtaliyanın və ümumiyyətlə Avropanın ən qədim universitetlərindən biridir. Həmin vaxt akedemik azadlıqlar uğrunda rəhbərliklə mübahisə yaşamış və bu səbəbdən Bolonya Universitetini tərk etmiş tələbə və müəllimlər tərəfindən Padua Universiteti yaradılmışdır. Universitet ilkin olaraq anatomik mərkəz kimi fəaliyyət göstərirdi; hansı ki, bura həmin dövrlərdə ictimai təzyiqlər altında insan bədənini öyrənən alimlər və rəssamlar üçün nəzərdə tutulmuşdu. Universitet 1339-cu ildən 1813-cü ilə qədər iki təşkilata – "Universitas Artistarum" və "Universitas Iuristarum"a bölünmüşdü. "Universitas Artistarum"da mülkilik, hüquq və ilahiyyat, "Universitas Iuristarum"da isə astronomiya, dialektika, fəlsəfə, qrammatika, tibb və natiqliq sənəti tədris edilirdi. Padua Universiteti İntibah dövründə əsas elm (astronomiya, tibb, hüquq) mərkəzlərindən birinə çevrilmişdir. Burada Covanni Piko della Mirandolla, Nikolay Kuzanus, Nikolay Kopernik, Pietro Bembo, Torkvato Tasso, Qalileo Qaliley, Andreas Vezali kimi dahilər təhsil almış və müəllimlik fəaliyyəti ilə məşğul olmuşlar. 1678-ci ildə dünyada ilk dəfə qadın – Yelena Kornaro Piskopiya fəlsəfə üzrə doktorluq dərəcəsi əldə etmişdir.XIX-XX əsrlərdə universitetdə desentralizasiya tendensiyaları müşahidə edilmiş və Paduanın sərhədlərindən kənarda laboratoriya və kampuslar yaradılmışdı.
Glycyrrhiza glabra var. caduca
Şirinbiyan (lat. Glycyrrhiza glabra) — biyan cinsinə aid bitki növü.Şirinbiyan bitkisi Paxlalılar fəsiləsinə daxildir. Biyan latın dilində qlisseraza deməkdir. Lüğəti mənası şirin kök deməkdir. Biyan cinsinin dünya florasının tərkibində 18 növü yayılmışdır. Azərbaycanda 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır – Glyeyrrhiza glabra. Bu, çoxillik yarımkol bitki olub, iri yeraltı kök sisteminə malikdir. Ana kökdən yanlara çoxlu xırda yan köklər ayrılır. Biyanı qiymətli edən də məhz bu kök və kökümsovlardakı müxtəlif mənşəli maddələrdir.