Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paradise Lost
Paradise Lost — 1988-ci ildə yaranmış doom metal qrupudur. Qrup adını, 17-ci yüzillikdə yaşamış John Milton'un Paradise Lost adlı epik şerindən almışdır. Qrup, 1988-ci ildə gitarada Gregor Mackintosh və Aaron Aedy, bas gitarada Stephen Edmondson, barabanda Matthew Archer və vokalda Nick Holmes'dan ibarət heyətiylə İngiltərənin Halifax şəhərində yaranmışdr. Günümüzdə bu orijinal heyətdən yalnız barabançı Matthew Archer qrup ilə birlikdə deyil, digər 4 musiqiçi quruluşundan bu yana qrupda fəaliyyət göstərir. Paradise Lost'un 1990-cı ildə yayımladığı debüt albomu "Lost Paradise" və 1991-ci tarixli "Gothic" albomları dövrünə görə olduqca fərqli albomlar hesab edilirdi. Xüsusilə "Gothic" albomundakı riff'lər, sözlər və albomun tutqun atmosferi alboma ayrı bir hava qatırdı. Qrup bu albomdan sonra bəziləri tərəfindən Gotik metalın qabaqcılı olaraq qəbul edilməyə başlamışdı. 1992-ci ildə "Shades of God", 1993-cü ildə "Icon" və 1995-ci ildə yayımlanan "Draconian Times" kimi dövrünün olduqca fərqli albomlarıyla metal aləmində yaxşıca tanınan qrup, məşhur metal qruplarının arasına girmiş və underground bazardan çıxaraq böyük səhnələrə addım atmağı bacarmışdı. Draconian Times albomundan sonra daha təcrübəli işlərə əl atan qrup 1997-ci ildə "One Second" adlı albomu yayımladı. 1999-cu ildə qrup artıq yaracılığının zirvəsində idi.
Paradise Oskar
Paradise Oskar (azərb. Paradays Oskar‎; gəlçək adı- Aksel Enström isv. Axel Ehnström; 23 oktyabr 1990) — Finlandiyada yaşayan İsveçli müğənni.
Paradise sənədləri
Paradise sənədləri (ing. Paradise Papers) — əsasən ofşor maliyyəsi sahəsində aparıcı bir şirkətdən baş vermiş sızma 13,4 milyon sənəddən ibarətdir.
Paradox Interactive
Paradox Interactive — İsveçin Stokholm şəhərində yerləşən, kompüter oyunlarını inkişaf etdirən, əsasən qlobal tarixi strategiyalar (xəritə üzərində oynanılan) videooyunları yaradan bir şirkətdir.
Death Parade
Death Parade (yaponca: デス・パレード, Hepbörn: Desu Parēdo) — Yuzuru Taçikava tərəfindən yaradılan, Madhouse istehsalı, 2015-ci ildə çıxan anime serialı. O, əvvəldən Madhouse tərəfindən Cavan Cizgiçilər Öyrənmə Layihəsi üçün çəkilən və 2013-cü ilin martın 2-də çıxan Death Billiards (デス・ビリヤード, Desu Biriyādo) adlı qısametrjı animesinin əsasında yaradılıb. == Məzmun == Yer üzündə iki nəfər eyni zamanda ölən zaman, onlar hakim olan barmenlərin sirli barlarına göndərilir. Onlar orada həyatlarının aslı olduğu "Ölüm Oyunları"nda iştirak etməlidir. Oyunların nəticələri onların vəziyyətinin sirrini və onların taleyinin gələcəyini açığlayır. Hakimlər onları mühakimə etdikdən sonra, insanlar ya reinkarnasiya, ya da boşluqa sürgün olunur.
Gangsta’s Paradise
"Gangsta’s Paradise" (azərb. "Qanqster Cənnəti"‎) — Coolio və L.V. duetinin ifasında səslənən mahnı. 1995-ci ildə eyni adlı albomda buraxılmışdır. Bu mahnıya görə Coolio 1996-cı ildə "Qremmi" mükafatına, həmçinin iki "MTV Video Music Awards" mükafatına layiq görülüb. Mahnı 1995-ci ildə ABŞ Billboard çartında ən çox satılan sinql olub. 2008-ci ildə isə VH1-in "100 Ən yaxşı hip-hop mahnısı" siyahısında 38-ci yeri tutub. ABŞ, Böyük Britaniya və Almaniyada beş milyondan çox nüsxəsi satılıb. "Gangsta’s Paradise" 1995-ci il ABŞ istehsalı olan "Təhlükəli düşüncələr" filminin saundtrekinə daxil edilmişdir.
Paranoa su anbarı
Paranoa su anbarı (port. Lago do Paranoá) — Braziliya ərazisində yerləşən süni göl. Brazilia şəhəri yaxınlığında Paranoa çayı üzərində bənd atılması ilə təşkil olunmuşdur. == Toponim == «Paranoa» Tupi dilində «girişdə su» anlamını verir. == Bənd == 12 sentyabr 1959-ci ildə Paranoa çayı üzərində bənd inşa edilmişdir. Hazırda bu bu bənddən əldə onunan enerjinin dairənin cəmi 2,5 %-ni təmin edir. == Naviqasiya və su idmanı == Federal dairədə 11 000 su nəqliyyatı vastəsi qeydə alınmışdır. Bu isə ölkə üzrə yelkənli qayıqların sayı baxımından üçüncüdür. Burada yaxtaların saxlanması məqsədi ilə yaxt klub vardır. Burada kanoye, su xizəyi, yelkənli idmanı kimi idman növləri geniş yayılmışdır.