Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parabokt
Para — 1991–2016-cı illərdə Parabank adı ilə bank, 2016-cı ildən isə Parabokt adı ilə "bank olmayan kredit təşkilatı" (BOKT) kimi Azərbaycanda fəaliyyət göstərən açıq səhmdar cəmiyyəti (ASC). Parabank 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduğu dövrlərdə yaranan ilk banklardandır. 2016-cı ildə Parabank öz strategiyasını yenidən gözdən keçirmiş və "Bank Olmayan Kredit Təşkilatı" lisenziyası ilə fəaliyyətini bərpa etmişdir. "Para" brendi altında PARABOKT adı ilə yenidən xidmət göstərməyə başlamışdır. Bununla da, Azərbaycanda ilk dəfə bankın digər kredit təşkilatına – BOKT-a çevrilməsi prosesi həyata keçirilib. ParaBOKT xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. "Para" ASC 2006-cı ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılaraq sonradan banklara satılan "MilliKart" prosessinq mərkəzi MMC-nin təsisçisidir. == Tarixi == === Bank kimi === Bank 1990-cı illərdə öz şəbəkəsini inkişaf etdirməyə və genişləndirməyə başladı və Kommersiya Bankları Assosiyası ilə İnterbank Valyuta Mübadiləsi təşkilatlarının üzvü seçildi. 2003-cü ildə "PricewaterhouseCoopers" Parabankın illik hesabatını yoxlayaraq onun Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (IFRS) uyğun olmasını təsdiq etdi. Parabank daha sonra Millikart Prossesinq mərkəzinin yaradıcılarından biri oldu və Visa Beynəlxalq Ödəniş Sistemlərinə üzv seçildi.
Feliks Aubök
Feliks Aubök (19 dekabr 1996) — Avstriyalı üzgüçü. Feliks Aubök Avstriyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Feliks Aubök birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:36.24 saniyəlik nəticəsi ilə 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.