Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çiçək passajı
Çiçək passajı (türk. Çiçek Pasajı) — İstanbulun Beyoğlu rayonunda yerləşən tarixi passaj. Passaj İstanbulun İstiqlaliyyət küçəsini Səhnə küçəsi ilə birləşdirir. == Tarixi == 1876-cı ildə açılmış olan Çiçək passajı tarixi kafelər, şərab barları və restoranlarla örtülü bir qalereyadır. Binanın İstiqlaliyyət küçəsinə baxan girişinin ən üst hissəsində yer alan saatdakı rəqəmlar rum rəqəmlarından ibarətdir. Saat bu gündə oluduğu kimi işləyir. Əvvəllər Çiçək passajının yerində Naum qardaşlarına aid teatr binası yerləşirdi. Teatr 1870-ci yanğınından böyük zərər görmüşdür. Teatrı tez-tez Osmanlı sultanları Əbdüləziz və II Əbdülhəmid ziyarət edirdi. Hətta burada Cüzeppe Verdinin Trubadur operası Parisdən öncə nümayiş etdirilmişdir.
Aleksandrov pasajı
Aleksandrov pasajı — Kazanda yerləşən şəhər əhəmiyyətli tarixi abidə. Rusiyada olan bir neçə pasajdan biri. 1880-1883-cü illərdə tacir Aleksandr Aleksandrovun sifarişi ilə tikilib. == Haqqında == Kazan şəhərində pasaj tikmək məqsədilə tacir Aleksandr Aleksandrov 1880-ci ilin yanvar ayında müsabiqə elan edir. Müsabiqədə Peterburq İncəsənət Akademiyasının məzunları 22 yaşlı Vladimir Suslov və Nikolay Pozdeyevin layihəsi qalib gəlir. Qalib gəldiklərinə görə məzunlar 500 rubl mükafat da əldə edirlər. Müsabiqənin qalibləri Peterburqu tərk edə bilmədikləri üçün binanın tikintisi peterburqlu memar Henri Ruşa tapşırılır. Bina Ruş tərəfindən 1880-1883-cü illərdə tikilib. Bina özündə modern və neobarokko üslublarını cəmləşdirib. Aleksandr Aleksandrov dünyasını dəyişdikdən sonra bina onun bacısı Olqa Geynsə miras qalır.
Le-Passaj
Le-Passaj (fr. Le Passage) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viryo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38296. Kommunanın 1999-cu il üçün əhalisi 648 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Tağıyev pasajı
Tağıyev pasajı — Bakıda XIX əsrin sonlarında və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş ticarət mərkəzi. == Tarix == Tağıyev pasajının binası 1896-cı ildə Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə tikilmişdi. Bina arxitektor Kazimir Skureviçin proyekti əsasında klassik üslubda inşa edilmişdir.Tağıyev pasajının yerləşdiyi küçə Olqinskaya adlanırdı. Küçə Qafqaz çanişini (6.12.1862-27.07.1881) Mixail Nikolayeviç Romanovun xanımı knyaqinya Olqa Fyodorovnanın şərəfinə adlandırılmışdı. "Tağıyev pasajında (Köhnə univermaq) Dorojnov hər növ hazır paltar satırdı; kişi, arvad, uşaq libasları, yun, ipək, kətan paltarlar..." Tağıyev pasajı Sovet İttifaqı zamanında “Köhnə univermaq” və ya Bakı Universal Mağazası (BUM) adlanırdı. Hal-hazırda həmin binada bir neçə brendə aid geyim dükanları yerləşir. Tağıyev pasajının yerləşdiyi Olqinskaya küçəsi Sovet İttifaqı zamanında Caparidze küçəsi adlanırdı. İndi isə həmin küçə Məmməd Əmin Rəsulzadənin adını daşıyır.