Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astika və Nastika
Astika (sanskr. आस्तिक) və Nastika (sanskr. नास्तिक) — hinduizmdə qeyri-ortodoksal fəlsəfi məktəbləri fərqləndirmək üçün istifadə olunan adlandırmalar. Astika vedalara (hinduizmdə müqəddəs yazılar) əsaslanır, Nastika isə vedaları qəbul etmir (ehkamları, kasta sistemini və s. də o cümlədən). Astikaya 6 fəlsəfi məktəb (darşan) aid edilir: nyaya\vayşeşika, sankhya\yoqa, mimansa\vedanta. Yaxın olduqları üçün onları cüt-cüt yazırlar. Nastikaya buddizm, caynizm və lokoyata aid edilir.
Astilba
Astilbe (lat. Astilba) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinə aid bitki cinsi. "Astilba" yunan sözü olub "A" - "çox", "stilbe" - "parlaq" deməkdir. Bitkiyə bu adın verilməsi onun yarpaqlarının parıltılı olması ilə əlaqədardır. Şərqi Asiya, Yaponiya və Şimali Amerikada bu çoxillik bitkinin 30-a yaxın növü məlumdur. Gülçülükdə istifadə olunur. Astilbanın kökümsovunu hissələrə bölməklə çoxaltmaq olar. Bölünmüş hər bir hissədə tumurcuq olmalıdır. Qələmlə çoxaldılmış astilba tez gül açır. Çiçək qurumağa başlayanda saplağını kəsmək lazımdır.
Paktika
Pəktika vilayəti (puşt. پکتیکا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Pəktika vilayəti ölkənin cənub-şərqində yerləşir. Vilayətin sahəsi 19 482 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 393.8 min nəfərdir. İnzibati mərkəzi Şaran şəhəridir. Vilayət 15 rayona bölünür: Bərməl Dilə Gayan Göməl Mətaxan Nikə Omnə Örgün Sərhövzə Sərubi Şərənə Vazəxva Vürməmey Yəhyaxil Yusufxil Zirük Əhalisinin mütləq əksəriyyəti puştun dilində, 5 kəndin əhalisi (15 min nəfər) özbəkcə və 4 kəndin əhalisi (5 min nəfər) digər dillərdə danışır.
Mastika püstəsi
Saqqız ağacı (lat. Pistacia lentiscus) — hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Herodot və Hipokrat dövlərindən məşhur olan ağac. == Tarixi == Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayanan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştaha açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir.
Nataliya Partıka
Nataliya Dorota Partıka (pol. Natalia Dorota Partyka, 27 iyun 1989-cu il Qdansk, Polşa) — Polşa stolüstü tennisçisi, Avropa çempionatının üçqat qalibi, Paralimpiya Oyunlarının beşqat çempionu (2004, 2008, 2012 və 2016), Paralimpiya oyunları arasında dəfələrlə dünya və Avropa çempionu. 2008-ci ildə 5-ci dərəcəli Polşanın İntibah Ordeninə, 2013-cü ildə isə 4-cü dərəcəli ordeni ilə təltif edilmişdir. Sağ qolu, dirsəkdən aşağısı olmadan anadan olmuşdur və adi yarışlara birgə (yaş və ya digər məhdudiyyət olmadan) əlil idmançılar üçün yarışlarda iştirak edir. Üç Olimpiya Oyunlarının (2008, 2012 və 2016) və beş Paralimpiya Oyunlarının (2000, 2004, 2008, 2012, 2016) iştirakçısıdır. Partıka stolüstü tennis üzrə ilk beynəlxalq medalını 1999-cu ildə Əlillər üçün Dünya Çempionatında qazandı. 11 yaşında ikən 2000-ci ildə Sidneydə keçirilən Paralimpiya Oyunlarında iştirak edərək Paralimpiya Oyunlarının ən gənc iştirakçısı oldu. 2004-cü ildə Afinada keçirilən Paralimpiya Oyunlarında komanda hesabında gümüş, tək kateqoriyada isə qızıl medal qazandı. Elə həmin il Beynəlxalq Stolüstü Tennis Federasiyasının (ITTF) təşkil etdiyi Yeniyetmələrin Avropa çempionatında iki qızıl medal qazandı. Son yarış əmək qabiliyyətlərini itirən üçün nəzərdə tutulmuşdu.
Paktika vilayəti
Pəktika vilayəti (puşt. پکتیکا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Pəktika vilayəti ölkənin cənub-şərqində yerləşir. Vilayətin sahəsi 19 482 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 393.8 min nəfərdir. İnzibati mərkəzi Şaran şəhəridir. Vilayət 15 rayona bölünür: Bərməl Dilə Gayan Göməl Mətaxan Nikə Omnə Örgün Sərhövzə Sərubi Şərənə Vazəxva Vürməmey Yəhyaxil Yusufxil Zirük Əhalisinin mütləq əksəriyyəti puştun dilində, 5 kəndin əhalisi (15 min nəfər) özbəkcə və 4 kəndin əhalisi (5 min nəfər) digər dillərdə danışır.