Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pedikür
Pedikür — ayaq və ayaq dırnaqlar görünüşü yaxşılaşdırması üçün bir yoldur. Maniküra oxşar xidmət verir. Minu Molazadə. "Venus makiyaj və bəzəmə təlimi".
Jenikur
Jenikur (fr. Génicourt) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Valle-dü-Sosseron. Əhalisi — 529 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 33 km şimal-qərbdə, Serji belediyyənin 6 km şimalda yerləşir.
Pediatr
Pediatríya — (yun. paidos"–uşaq "treia"-müalicə) Tibbin uşaq xəstəliklərini, bu xəstəliklərin müalicə və profilaktikasını öyrənən sahəsidir. Böyüməkdə olan uşaq orqanizminin xüsusiyyətləri, yaşla bağlı dəyişiklikləri, uşağa qulluq, eləcə də uşaqlarda rast gəlinən xəstəliklərin gedişini öyrənmək də bu elmin tərkib hissəsidir. == Tarixçə == Xəstə və sağlam uşaq haqqında ilkin məlumatlar hələ qədim dövrlərdən məlum idi. Hindistan, Çin, Qədim Misir alimlərinin əsərlərində uşaqların qidalandırılması və onlara qulluq, bəzixəstəliklərin müalicəsinə aid məsləhətlər olduğu elmə məlum idi. Uşaqların öyrənilməsi Qalen, Əbu Əli İbn Sinanın işlə rində də öz əksini tapmışdır. Əbu Əli İbn Sina öz işlərində uşaq yaşının fiziologiya və patologiyasını təsvir etmiş, uşaqların qidalandırılmasının çox mühüm olduğunu, xüsusilədə yenidoğulmuşların ana südü ilə qidalanmasının böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir. 15–17-ci əsrlərdə ilk elmi işlər meydana çıxdıki, orda qızılca, göy öskürək, çiçək xəstəlikləri təsvir olunmuşdur. 1650-ci ildə F. Qlisonun raxitin əmələ gəlməsi və müalicəsi haqqında əsəri dərc olunmuşdur. Pediatriyanın inkişafında mühüm rol professor S. F. Xotovitskiyə məxsusdur.
Epikür
Epikür (yun. Ἐπίκουρος, e.ə. 342, Samos, Şimali Egey adaları – e.ə. 270[…], Afina) — qədim yunan filosofu, epikürçülüyün yaradıcısı. O, Samos adasında anadan olmuş və daha sonra Afinaya gedərək orada "Bağ" (yun. Κῆπος) adlanan öz fəlsəfi məktəbini yaratmışdır. Epikür bir çox kitabın müəllifi olmuş, ancaq onlardan zamanımıza yalnız bəzi fraqmentlər gəlib çatmışdır. == Fəlsəfəsinin əsasları == Epikür təliminin məqsədi insanlara xoşbəxtliyin əldə olunması və qorxu hissindən aşma yollarını göstərmək idi. Bunun üçün də o, əfsanələrə inanmamağa və təbiəti dərk etməyə çağırırdı. Beləliklə, Epikürün və onun ardıcıllarının fəlsəfəsi fizika, kanonika və etikadan (əxlaqdan) ibarət olmuşdur.
Epikür məktəbi
Epikürçülük ya epikürizm — ellinizm dövrünün filosofu Epikür və onun ardıcıllarının təlimi. == Tarixi == M. ö. IV yüzilliyin sonu - VI yüzilliyin əvvəllərində Qədim Yunanıstanda Epikür "Epikür bağı" adlanan fəlsəfi məktəbin əsaslarını qoymuşdur ki, bu da gələcəkdə epikürçulük adlı fəlsəfi cərəyanın yaranmasına təkan vermişdi. Bu məktəb öz inkişafında üç mərhələ keçmişdir: Ellinizm dövrünün epikürçülüyü; Yunan-Roma epikürçülüyü m. ö. I-II əsrləri əhatə edir; Roma epikürçülüyü I-VI əsrlər Roma imperiyası dövrünü əhatə edir. Birinci mərhələyə Epikürün və onun ən yaxın dostlarının - Lampasklı Metrodor və riyaziyyatçı Poliyenin və Mitilenli Ermarxın yaradıcılığı aiddir. İkinci mərhələ Epikür məktəbinin nümayəndələri Filonid, Afinalı Appllodor, Sidonlu Zenon, Lakonlu Demetriusdur. İnduktiv məntiq məsələlərini işləyib hazırlamış Qadaralı Filodemusdur. Üçüncü mərhələ əsasən Roma qulldarlıq cəmiyyəti ilə bağlıdır.
Fridrix Kazimur Medikus
Fridrix Kazimur Medikus (alm. Friedrich Kasimir Medikus‎ və ya alm. Friedrich Casimir Medicus‎, 6 yanvar 1736 — 15 iyul 1808) — alman botaniki, həkim. == Elmi əsərləri == Botanische Beobachtungen (Мангейм, 1780—1784). Beiträge zur schönen Gartenkunst (Мангейм, 1782). Über einige künstliche Geschlechter aus der Malven-Familie, denn der Klasse der Monadelphien (Мангейм, 1787). Historia et Commentationes Academiae Electoralis Scientiarum et Elegantiorum Literarum Theodoro-Palatinae (1790). Pflanzen-Gattungen nach dem Inbegriffe sämtlicher Fruktifications-Theile gebildet mit kritischen Bemerkungen (Мангейм, 1792). Über nordamerikanische Bäume und Sträucher, als Gegenstände der deutschen Forstwirthschaft und der schönen Gartenkunst (Mangeym, 1792). Critische Bemerkungen über Gegenständen aus dem Pflanzenreiche (Mangeym, 1793).
Friedrich Kasimir Medikus
Fridrix Kazimur Medikus (alm. Friedrich Kasimir Medikus‎ və ya alm. Friedrich Casimir Medicus‎, 6 yanvar 1736 — 15 iyul 1808) — alman botaniki, həkim. == Elmi əsərləri == Botanische Beobachtungen (Мангейм, 1780—1784). Beiträge zur schönen Gartenkunst (Мангейм, 1782). Über einige künstliche Geschlechter aus der Malven-Familie, denn der Klasse der Monadelphien (Мангейм, 1787). Historia et Commentationes Academiae Electoralis Scientiarum et Elegantiorum Literarum Theodoro-Palatinae (1790). Pflanzen-Gattungen nach dem Inbegriffe sämtlicher Fruktifications-Theile gebildet mit kritischen Bemerkungen (Мангейм, 1792). Über nordamerikanische Bäume und Sträucher, als Gegenstände der deutschen Forstwirthschaft und der schönen Gartenkunst (Mangeym, 1792). Critische Bemerkungen über Gegenständen aus dem Pflanzenreiche (Mangeym, 1793).
Zemfira Quliyeva (pediatr)
Quliyeva Zemfira Mehdi qızı - t.f.d., dosent, Pediatriya kafedranın dosenti Quliyeva Zemfira Mehdi qızı 1987-ci ildən kafedrada kliniki ordinaturaya daxil olub, 1994-cü ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1991-ci ildən assistent, 2001-ci ildən isə dosent vəzifəsində çalışır. Z.M.Quliyeva kafedranın tədris və elmi-tədqiqat işlərində fəal iştirak edir. 2005-ci ildən terapiya fakultəsinin dekanı vəzifəsində çalışır. “Erkən yaşlı uşaqlarda təxirəsalınmaz vəziyyətlərlə nəticələnən kəskin bağırsaq infeksiyalarının müasir diaqnostikası və müalicə prinsipləri” mövzusunda doktorluq dissertasiyasını yekunlaşdırmaq üzrədir. O, 69 elmi əsərin, 36 məqalənin, 2 metodik tövsiyə və 3 tədris-metodik vəsaitin və 1 dərs vəsaitinin müəllifidir.