Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eduard Pekarski
Eduard Karloviç Pekarski (13 (25) oktyabr 1858 – 29 iyun 1934, Leninqrad) – Polyak əsilli rus etnoqrafı, dilçisi, folklorşünası. == Həyatı == 1858-ci ildə anadan olmuşdur. Orta təhsilini Minsk və Çerniqov şəhərlərində almışdır. Lakin o dövrdəki siyasi maneələr ucbatından təhsilini davam etdirə bilməmişdir. 1877-ci ildə Xarkov Baytarlıq Məktəbinə daxil olsa da, 1879-cu ildə tələbə üsyanlarında iştirak etdiyi üçün beş il müddətinə Arxanqelsk vilayətinə sürgün edilmişdir. Daha sonra sürgündən qaçaraq saxta addan istifadə edib Moskvaya getsə də, tezliklə yaxalanaraq yenidən sürgün edilmişdir. Moskvadakı hərbi məhkəmədə mühakimə olunan Pekarski gizli siyasi təşkilatlara qoşulmaq və qadağa qoyulmuş çap materiallarını özündə saxlamaqla günahlandırılaraq məhkum edilmişdir. Məhkəmədə günahkar hesab olunaraq 15 il həbs cəzasına məhkum olunsa da, gəncliyi nəzərə alaraq, Sibirin Yakutsk vilayətinə sürgün edilmişdir. Bütün haqları əlindən alınaraq Yakutiyaya gələn Pekarski dilini, dinini və adət-ənənələrini bilmədiyi bir xalqla yaşamaq məcburiyyətində idi. O dövrdə Yakutiyada rus dilini bilən çox az idi.