Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Petkovia
Zəngçiçəyi (lat. Campanula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Cinsin adı latınca campana zəng sözündən əmələ gəlmişdir. Bu bitkinin çiçək tacının formasiyası ilə izah olunur. Gülçülükdə istifadə olunan 110 növdən ikiillik bitki kimi zəngçiçəyinin 2 növü yayılmışdır. Piramidaşəkilli zəngçiçəyi (C. pyramidalis) hündürlüyü 120 sm, salxıma yığılmış balaca, göy, bəzən ağ çiçəkləri olan ot bitkisidir. Sıx zəngçiçəyi (C. Glomerata) hündürlüyü 60 sm, bənövşəyi, bəzən ağ çiçəkləri olan bitkidir. Çiçəkləri bəzən yuxarı yarpaqların qoltuğunda bitir. Zəngçiçəyini toxumla çoxaltmaq olar. Çox vaxt bitkini pöhrələrlə çoxaldırlar.
Andrey Plenkoviç
Andrey Plenkoviç (xorv. Andrej Plenković; 8 aprel 1970, Zaqreb, Xorvatiya) — 2016-cı ildən etibarən Xorvatiyanın Baş naziri vəzifəsində çalışan xorvat siyasətçi. Plenkoviç 1993-cü ildə Zaqreb Universitetinin Hüquq Fakültəsini bitirdikdən sonra Xorvatiya Xarici və Avropa İşləri Nazirliyində müxtəlif bürokratik vəzifələrdə çalışdı. 2002-ci ildə aspiranturanı bitirdikdən sonra, Xorvatiyanın Avropa Birliyindəki missiyasının rəis müavini vəzifəsində çalışdı. 2005–2010-cu illərdə Xorvatiyanın Fransadakı səfir müavini oldu və vəzifədən ayrılmadan öncə Avropaya İnteqrasiya üzrə dövlət katibi vəzifəsində çalışdı. 2011-ci ildə Xorvatiya Parlamentinə seçildi. Tomislav Karamarkonun istefasından sonra 2016-cı ildə HDZ Prezidenti seçildi. Plenkoviç avropayönlü və mülayim kampaniya apardı və partiyasına 2016-cı il parlament seçkilərində yer qazandırdı. 10 oktyabr 2016-cı ildə Prezident Kolinda Qrabar-Kitaroviç və Parlament üzvləri tərəfindən ona 91 dəstək imzası təqdim edildikdən sonra Xorvatiya Baş naziri təyin edildi. Onun kabineti 19 oktyabrda 151 millət vəkilindən 91-in səsi ilə Parlamentin səsverməsi ilə təsdiqləndi.