Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dərəköy
Dərəköy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə yerləşir Ermənilər kəndə 1840-cı illərdən sonra köçürülmüşdür. Toponim Azərbaycan dilində «iki dağ arasında dərin çuxur» mənasında işlənən dərə sözü ilə türk diləndə kənd mənasında işlənən köy sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm.SS AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Sarakyuğ (Dərəkənd) qoyulmuşdur.
Perekop
Perekop (krımtat. Or Qapu (Or), Ор Къапу (Ор)) — Or bərzəxində, Krım yarımadası ilə materik arasında torpaq əlaqəsini təşkil edən şəhər (1920-ci ilə qədər). Or-Kapı şəhərinin Krım-tatarca adı "xəndək qapı" deməkdir (krımtat. or — xəndək; qapı — qapı, darvaza). P. Peter Simon Pallasın fikrincə "Perekop" orijinal slavyan adıdır və bütün toponimlər, o cümlədən Krım tatar, yunan və s. ondan törəmişdir. == Tarixi == Coğrafi mövqeyinə görə Perekop həmişə böyük strateji əhəmiyyətə malik olmuşdur. Bundan əlavə, antik dövrlərdə yaxınlıqda yerləşən duz yataqları səbəbindən zəngin bir ticarət şəhərinə çevrilir. 1-ci əsrdə Ellis Plininin qeydlərində Perekop və Or bərzəxi Tafros adı ilə ətraflı təsvir edilmişdir (qədim yunan dilindən - Perekop). Burada böyük qoruyucu bürcləri olan bir qaladan bəhs olunur.
Perevoz
Perevoz (rus. Перево́з) — Rusiyanın Nijeqorod vilayətində şəhər (2001-ci ildən), Perevoz bələdiyyə dairəsinin inzibati mərkəzi. == Coğrafiya == Şəhər Pyana çayı üzərində yerləşir. Burada Moskva–Yekaterinburq magistralında üzərindəki Qorki dəmiryolunun Perevoz dəmiryolu stansiyasını yerləşir. == İqtisadiyyat == Perevoz şəhəri 2007-ci ildə rayon abadlıq müsabiqəsinin qalibi olmuşdur. 2008-ci ildə şəhərdə üzgüçülük hovuzu, konkisürmə meydançası və kinoteatrı olan idman kompleksi tikilmişdir. Şəhərdə Mixail-Arxangelsk məbədi tikilmişdir. == Qalereya == == İstinadlar == == Əlavə ədəbiyyat == Пья́нский перево́з // Прокат — Раковины. — М. : Советская энциклопедия, 1955. — С. 390.
Orxan Ərəbov
Orxan Ramiz oğlu Ərəbov (24 avqust 1993; Qədili, Samux rayonu, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Ərəbov 1993-cü il avqustun 24-də Samux rayonunun Qədili kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Ərəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Ərəbov sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Samux rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Ərəbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Ərəbov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Aşıq Ədhəm Ərəbov
Aşıq Ədhəm Ərəbov (tam adı: Ədhəm Aslan oğlu Ərəbov) — Azərbaycan aşığı. Aşıqların III Qurultayının iştirakçısı == Həyatı == Əlhəm Ərəbov 1912-cü ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur.