Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dom Pérignon
Dom Pérignon — şampan markası. Marka şampan şərabının keyfiyyəti üçün mühüm öncüllərdən biri olan Benediktin keşişi Dom Perinonun adını daşıyır. == Tarix == Dom Perinyon (1638–1715) Ovillerdəki Benediktin abbatlığında keşiş və zirzəmi ustası idi. O, təxminən 1670-ci ildə bir sıra şərabçılıq üsullunun kəşfində öncülük etmişdir. Perinyon şərabları təzə və parlaq saxlamaq üçün yağda isladılmış ip ilə şüşələrə bərkidilən tıxacları (ağac əvəzinə) təqdim etdi və şüşələri gücləndirmək üçün daha qalın şüşələrdən istifadə etdi (o dövrdə partlamağa meyilli idi). Şampanda əsas istehsal tərzi kimi köpüklü şərabların inkişafı 19-cu əsrdə, Dom Perinyonun ölümündən bir əsrdən çox sonra tədricən baş verdi. Dom Pérignon markasına aid ilk istehsal prosesi 1921-ci ilə aid idi və məhsul yalnız 1936-cı ildə Nyu-Yorka üzən Normandie gəmisi ilə satışa buraxıldı. 1971-ci ildə İran şahı Fars İmperiyasının 2500 illik yubileyi üçün Dom Perignon Rosé (1959) adlı buraxılışdan bir neçə şüşə sifariş etdi. Bu sifarişdən bir şüşə şampan 2008-ci ildə hərrac vasitəsilə 24 758 avroya satıldı. Dom Perignon 1981-ci ildə Ledi Diana Spenser və Şahzadə Çarlzın toyu üçün seçildi.