Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Preetika Rao
Preetika Rao-(7 iyun 1988, Manqalur, Karnataka) Hindistan-lı aktrisa, model, jurnalist və müğənnidir.Colors TV-nin Əbədi Sevgi(serial) (Beintehaa) adlı romantik dramında Aliyə Zeyn Abdullah(Aaliya Zain Abdullah) obrazı ilə tanınır. == Həyatı == Preetika Rao 29 may 1988-ci ildə Manqalur, Hindistan-da doğulub.Rao, Sofiya Kollecindən Tarix ixtisası üzrə məzun olmuşdur, eyni zamanda reklam və jurnalistika diplomu almışdır. Bacısı Amrita Rao da Bollyvood aktrisasıdır. == Karyera == Gənc model olaraq Preetika, modellik karyerasına Cadbury Dairy Milk reklamı ilə başlayan Amitabh Bachchan ilə birlikdə Shoojit Sarkarın rejissorluğu ilə qırxdan çox TVC ilə uğurlu bir modellik karyerasına başladı.Film jurnalistikası ilə məşğul olmağa başlayan Preetika Bangalore Mirror, Deccan Chronicle və Asiya Çağı üçün məqalələr yazdı. Akademik dərəcəsini davam etdirmək üçün Rao, bəzi məşhur filmlər "Jaane Tu… Ya Jaane Na (2008)", "Ajab Ghazabb Love (2012)" və "Aashiqui 2 (2013)" daxil olmaqla Bollivuddan gələn bir neçə böyük təklifi redd etməyi seçdi. Rao, Tamil romantik filmi "Chikku Bukku" (2011) ilə Tamil filmi Jeans-in istehsalçıları ve Rajnikanth-ın Kochadaiiyaan-ı olan Media One Global Ent Pvt Ltd ilə ilk aktrisalıq karyerasına başdadı.Bununla birlikdə, Rao, New York Film Akademiyasından yayımlanan jurnalistika diplomu kursu üçün Cənubi filmlərdən ayrıldı. 2014-cü ildə Rao, Aliyə Qulam Heydər (Aaliya Ghulam Haider) rolunu oynayaraq Colors TV-də yayımlanan məşhur "Əbədi Sevgi(serial)" (Beintehaa) televiziya serialı ilə regional kinodan milli televiziyaya keçid etdi. Rao, 2015-ci ilin yanvar ayında Kolkata-da təşkil edilən Kalakar Awards-da Ən Yaxşı Aktrisa və Zee Gold Awards-ın ən yaxşı debutu mükafatını qazandı.Rao, Perfect Woman jurnalının Perfect Miss India Awards-ın marka elçisidir. 2017-ci ildə Raoya Hindistan televiziya reallıq şousu Bigg Boss-dan təklif gəldi, baxmayaraq ki, ona 6 dəfə şou təklif edildi, lakin həyatını ictimaiyyətə və 7/24 kamerada göstərmək istəmədiyi üçün fürsətdən imtina etdi. Və o ildə Star Plus-da Mohini rolunda Love Ka Hai Intezaar adlı başqa bir televiziya serialına çəkildi.