Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Peresvet
Peresvet — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Persival Louell
Persival Louell (ing. Percival Lowell; 13 mart 1855[…], Boston – 12 noyabr 1916[…]) – ABŞ astronomu, yazıçısı və biznesmeni. Şairə Emi Louellin qardaşıdır. == Həyatı == Persival Louell 1855-ci ildə ABŞ-nin Boston şəhərində doğulmuşdur. 1876-cı ildə Harvard Kollecindən məzun olduqdan sonra biznes sahəsinə daxil olmuşdur. Louell 1883–93-cü illərdə Asiyaya səyahətlər etmiş və yaşadığı təcrübələri kitab seriyaları şəklində yayımlamışdır. Onun 1888-ci ildə yazdığı "Uzaq Şərqin ruhu" kitabı Lefkadio Hern tərəfindən bəyənilmişdir. 1895-ci ildə yazdığı "Okkult Yaponiya" əsərində isə Yaponiyada müqəddəs dağ olan Ontake dağına etdiyi səyahətdən sonra şintoizmlə maraqlanmasından və şintoizmdəki praktikalardan bəhs etmişdir. Louell daha sonra astronomiyaya maraq göstərmiş və 1894-cü ildə Arizona ştatının Flaqstaff şəhərində Louell rəsədxanasını qurmuşdur. O, Marsı tədqiq etməyə başlamış və Marsın şüurlu varlıqlar tərəfindən məskunlaşıldığı qənaətinə gəlmişdir.