Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pirbılağ
Pirbidağ və ya Pirbılağ və ya Pirbulaq (fars. پیربداغ/ پیربلاغ/ پیربداق‎) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Kənd Kövsər şəhristanının Qərbi Səncəbəd kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 316 nəfər (kişilər: 140 nəfər — qadınlar: 176 nəfər) olmuşdur. Kənddə 57 ailə yaşayır. Kəndin əhalisi azərbaycanlılardır və azərbaycanca danışırlar. Ərdəbildən 90 km cənub-qərbdə, Givi şəhərindən 30 km qərbdə,37° 42' 16" şimal enində və 48° 08' 11" şərq uzunluğunda, dəniz səviyyəsindən 1810 m yüksəklikdə yerləşir. Şimaldan Təbrizək, cənub-şərqdən Aftafa, şərqdən Pərdəsti və Nilaq, qərbdən isə Üçbulaq və Bağçacıq kəndləri ilə əhatə olunub. Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Kənddə ibtidai məktəb fəaliyyət göstərir.
Perilay (heykəltəraş)
Perilay (q.yun. Περίλαος; e. ə. I minillik, Qədim Afina – e. ə. VI əsr) — qədim yunan heykəltaraşı, əfsanəyə görə, Falaris öküzünün yaradıcısı. Ovid və Böyük Plini kimi Roma yazıçıları onu Perill adlandırırlar. Siciliyalı Diodorun məlumatına görə, Perilay, Aqrigent vətəndaşı olmuşdur, lakin İoann Tsets onu afinalı adlandırmışdır. Diodor, Böyük Plini, Pindar və bir neçə başqa müəllifin nəql etdiyi əfsanəyə görə, o, tiran Falaris üçün "öz həmvətənlərini edam etmək" məqsədilə mis öküz düzəltmiş və onun ilk qurbanı olmuşdur. Lippold G. Perilaos 9) // Paulys Realencyclopädie der classischen Altertumswissenschaft.