Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Typhlodromus persianus
Typhlodromus persianus (lat. Typhlodromus persianus) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus persianus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Evridika (Perinin operası)
"Evridika" Yakopo Perinin operasıdır. Bu opera dövrümüzə çatan ən erkən operalardandı, Perinin öncəki əsəri "Dafne" itirilmişdir. Ottavio Rinuççininin librettosu Ovidinin əfsanəvi musiqiçi Orfey və onun xanımı Evridika barədə olan X və XI "Metamorfozlar" kitabına əsaslanmışdır. İlk dəfə 6 oktyabr 1600-cü ildə Fransa kralı IV Henrixlə Mariya Mediçinin Florensiyadaki toylarının şərəfinə olan saray şənliklərində göstərilmişdir. Premyerada Orfey rolunu Perinin özü ifa etmişdir. == Süjeti == Orfey barədə mifoloji rəvayət yeni "musiqili dram"ının süjetinin əsası oldu. Əfsanəyə görə, Orfeyin arvadı Evridika ilan vurmasından sonra ölür. Orfey Yeraltı dünyaya gedir ki, vəfat edən sevgilisini geri qaytarsın. Orfey öz gözəl ifası sayəsində Aidin köməkçilərini Evridikanı buraxmaları üçün yola gətirir, amma bir şərtlə ki, canlıların dünyasına apararkən əsla geriyə çönüb baxmasın. Orfey şərt yerinə yetirə bilmir və Evridikanı ikinci dəfə itirir.
Keti Perrinin mahnılarının siyahısı
Keti Perrinin mahnılarının siyahısı — ABŞ müğənnisi Keti Perri, indiyədək üç studiya albomu çıxartmış və müxtəlif müğənnilər ilə əməkdaşlıq layihələri etmişdir. 15 yaşında olarkən "Red Hill Records" şirkəti ilə müqavilə imzaladı və 2001-ci ildə Gospel tərzindən istifadə edərək hazırlamış ilk studiya albomu "Katy Hudson" işıq üzü gördü. Lakin, albom çıxarıldıqdan qısa müddət sonra şirkət bağlandı. İki müvəffəqiyyətli olmayan albom müqaviləsindən sonra Keti Perri, 2007-ci ildə "Capitol Records" və "Virgin Records" şirkətləri ilə müqavilə imzaladı. Perri, "Capital Records" ilə müqavilə imzasından sonra 2008-ci ildə ikinci studiya albomu "One of the Boys"-u irəli sürdü. Albomun ilk mahnısı "I Kissed a Girl" ilə ikinci sinql mahnısı "Hot n Cold"-da Dr. Luke və Maks Martinlə çalışdı. "I Kissed a Girl" Billboard Hot 100 siyahısında birinci sıraya, "Hot n Cold" isə üçüncü sıraya qədər yüksəldi. Perri, albomda olan "Lost" və "A Cup of Coffee" mahnılarının sözlərini Ted Bruner ilə birlikdə, "Ur So Gay" və "Fingerprints" mahnılarının sözlərini isə Qreq Uells ilə birlikdə yazmışdır. "Thinking of You", "One of the Boys" və "Mannequin" mahnıları isə yalnız Perri tərəfindən yazılan mahnılar olaraq albomda yer aldı.