Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fragaria × vescana
Pescara 2F
Peskara 2F (isp. Pescara 2F) — Argentinalı eksperimental helikopter.Argentinalı mühəndis Raul Pateras Pescara tərəfindən dizayn və inşa edilmişdir. Soos sxeminin ilk helikopterlərindən biri olan aparat 4 vintə malik idi, əks tərəflərdə isə biplan tipinə görə birləşdirilmiş vintlər cütlüyü fırlanırdı. 16 yanvar 1924-cü ildə Paris yaxınlığındakı Issy-les-Moulineaux-da Raul Pescara 8 dəqiqə 13 13/5 saniyə havada 1 160 metr (3 810 fut) uçaraq, helikopter uçuşu ilə özünün dünya rekordunu qırdı. 29 yanvar 1924-cü ildə 1 kilometr (0.62 mil) məsafədə bir Fransız aeroklub mükafatını qazanmağa çalışan Pescara 10 dəqiqə, 33 saniyədən sonra uçuşu tamamladı, ancaq qurğusunun yerlə qısa təması səbəbindən qələbə sayılmadı. 18 aprel 1924, yeni, koaksial rotorla təchiz edilmiş mühəndis, Beynəlxalq Aviasiya Federasiyası (FAI) tərəfindən tanınan ilk vertolyot rekordunu- 4 dəqiqə, 11 saniyədə (təqribən 13 km / saat) və 1,8 m yüksəklikdə 736 metr göstərdi.
Pesçanı yarımadası
Pesçanı yarımadası (rus. Полуостров Песчаный) — Rusiyanın Primorsk diyarı ərazisində yerləşən yarımada. Amur körfəzinin qərb sahillərində, Vladivostokdan 12 km aralıda yerləşir. Vladivostok şəhər dairəsi ərazisinə daxildir. Adı ingilis dilli xəritələrdə Sandly olaraq yazılması (yəni qumlu) ilə əlaqədardır. Yarımadanın sahilləri bütünlüklə qumlardan ibarətdir və burada qayalı burunlara rast gəlinmir. Qərdə mareriklə ensiz bərxəxlə birləşir. Maksimal hündürlüyü 177 metrdir. Yarımada da Bereqovoe kəndi vardır. Burada Çixaçeyeva (şimal-şərq), Pesçanı (şərq) və Oqranoviç (cənub).
Pratia pencana
Lobelia oligophylla (lat. Lobelia oligophylla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. Hypsela oligophylla (Wedd.) Benth. & Hook.f. ex Zahlbr. Pratia oligophylla Wedd.
Pesçanaya çayı (Ob)
Pesçanaya çayı — Rusiyanın Altay Respublikasının OnQudayski və Şebalinski rayonları, Altay diyarının Altay, Smolensk, Soloneshensk rayonlarından axan çay. Ob çayının sol qolu. Çay başlanğıcını Beş-Ozek kəndindən təqribən 25 km cənub-şərqdən, Seminski silsiləsinin yamaclarından, təxminən 1700 m yüksəklikdən götürür. Biya və Katun çaylarının birləşməsindən 15 km aşağıda yerləşən Oba axır. Axdığı ərazinin təbiətinə görə 3 hissəyə bölmək mümkündür: yuxarı (Bolşaya Tixayanın ağzına qədər), orta (Krasnı Qorodok kəndinə qədər) və aşağı. Hövzə qərbdən Anuyski silsiləsi ilə, şərqdən Çerginski silsiləsi ilə, cənubdan isə Terektinski və Seminski silsilələri ilə əhatələnir. Pesçanaya çayının mənbədən ağıza qədər olan əsas qolları bunlardır: Adatkan, Kukuya, Kuyaça, Barança, Bolşaya Tixaya, Bıstraya, Solonovka, Belokurixa, Transvers. Ən çoc su sərfiyyatı aprel-may aylarına təsadüf edir. Pesçanaya çayının mənsəbi son dərəcə mənzərəli bir ərazi olaraq təbii bir abidə statusuna sahibdir. Bura özünəməxsusdur ki, sahillərində çoxlu göl və körfəzlər su quşları üçün əlverşli yuva funksiyasını oynayır.