Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Matteo Pessina
Matteo Pessina (21 aprel 1997, Montsa, İtaliya) — İtaliya A Seriyası təmsilçilərindən olan "Atalanta" klubunda və İtaliya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar İtaliya futbolçusu. == Klub karyerası == Akademiya səviyyəsində bir neçə il oynadıqdan sonra Pessina 2014-cü ildə Monza klubunda peşəkar karyerasına başlamışdır. 2015-ci ildə "Milan" klubuna transfer olur və ardıcıl olaraq Leççe, Kataniya və Komo klublarına icarəyə göndərilir. 7 iyul 2017-ci ildə Pessina "Atalanta" klubu ilə müqavilə imzalamışdır. 25 avqustda o, Speziya klubuna icarəyə verilmişdir. 26 avqust 2019-cu ildə Pessina satın alma bəndi ilə "Hellas Verona" klubuna icarəyə göndərilir. 10 fevral 2021-ci ildə İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Napoli" klubu ilə oyunda iki qolla yadda qalmışdır. Komanda rəqibinə 3-1 hesabı ilə qalib gəlmişdir. Beləliklə "Atalanta" klubu finala vəsiqə əldə etmişdir. == Milli karyerası == Pessina İtaliya U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında üçüncü yerə sahib çıxmışdır.
Phaca piscina
Astragalus piscinus (lat. Astragalus piscinus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Astragalus crotalariae var. piscinus (M.E.Jones) Jeps. Astragalus douglasii var. piscinus M.E.Jones Phaca piscina (M.E.Jones) Rydb.