Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
2- metilpiridin və ya 2-pikolin
2 — metilpiridin və ya 2-pikolin — üzvi maddə. == Fiziki-kimyəvi xassələri == 2-metilpiridin və ya 2-pikolin ümumi formulu C6H7N olan heterotsiklik birləşmə, üzvi maddədir. Piridin iyinə oxşar xoşagəlməz iyli rəngsiz mayedir, zəhərlidir. 2-metilpiridinin reaksiyalarının böyük hissəsi metil qrupunda gedir. Məsələn 2-metilpiridindən 2-vinilpiridin alırlar. Reaksiya 2-metilpiridinin formaldehidlə qarşılıqlı təsiri zamanı gedir. == Tarixi == 2-pikolin piridinin təmiz halda alınan ilk törəməsidir. T. Anderson 2-pikolini 1846-cı ildə kömürdən ayırmışdır. == Alınması == Hal-hazırda 2-pikolin 2 əsas üsulla alınır: Sirkə aldehidinin kondensasiyası və ya formaldehidin amonyakla reaksiyasından və nitril və asetilendən iibarət tsiklin əmələ gəlməsilə alınır. == Tətbiqi == 2-pikolin vinilpiridin və nitropirin istehsalı üçün istifadə olunur.