Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pirojok
Pirojok —Şərqi Avropada bişmiş və ya qızardılmış bulka üçün ümumi söz, müxtəlif doldurucular ilə doldurulur. İranda "Piraşki" adlanır.
Pirojok adası
Pirojok adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizini ərazisində, arxipelaqın mərkəzində, Arnqold adasından 700 m şimalda qərarlaşıır. Uzunsov formaya malikdir. Uzunluğu 200 m təşkil edir. Yüksəklik yoxdur. Şokalski boğazında yerləşən digər adalar kimi bu adada Kara dənizi hövzəsinə aid edilir.
Nikolay Piroqov
Nikolay İvanoviç Piroqov (13 (25) noyabr 1810, Moskva – 23 noyabr (5 dekabr) 1881, Vinnitsa, Rusiya imperiyası) — rus cərrah. == Həyatı == Nikolay Piroqov 13 noyabr 1810-cu ildə Moskva şəhərində hərbi xəzinadar, mayor İvan İvanoviç Piroqovun ailəsində doğulmuşdur. 14 yaşında Piroqov Moskva universitetinin tibb fakültəsinə qəbul olunur. Orada o, rus həkimləri və anatomlarının məktəbini yaratmış E.O.Muxinin (1766-1850) ən yaxşı tələbəsi olur. 18 yaşında Piroqov öz müəlliminin tövsiyəsi ilə Moskva universitetinin diplomunu alır və təhsilini davam etdirmək üçün Derptə (Tartu) professor institutuna göndərilir. O zaman bu universitet Rusiyada ən yaxşı universitet hesab olunurdu. Burada, cərrahiyyə klinikasında Piroqov beş il işləyir, iyirmi altı yaşında ikən müvəffəqiyyətlə doktorluq dissertasiyasını müdafiə edir və Derpt Universitetinin (indiki Tartu Universiteti) professoru seçilir. Bu müddətdə o, anatomiyaya böyük diqqət yetirirdi. Meyidləri dondurmaqla mişarlama üsulundan N.İ.Piroqov istifadə etməklə o, orqanların üçölçülü qarşılıqlı münasibətini öyrənmişdir. Piroqov özü bunu “buz anatomiyası” adlandırırdı.