Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Picasa
Picasa — Lifescape şirkəti tərəfindən yaradılmış rəqəmsal təsvirlərin icrası üçün nəzərdə tutulmuş pulsuz proqram. "Picasa" adı ispan rəssamı Pablo Pikassonun adına uyğun olaraq, mi casa (isp. mənim evim) və "pic" (ing. təsvir, şəkil) sözlərindən yaranmışdır. 13 iyun 2004-cü ildə Picasa Google şirkəti tərəfindən satın alınmışdır.. Picasa fotoserverlərlə (ing. Picasa Web Albums Picasa veb-albomları), həmçinin Blogger, Gmail, YouTube, Google Earth və Google Plus xidmətləri ilə birləşmişdir. == Proqramın imkanları və çatışmazlıqları == === İmkanlar === Skanerdən və kameradan kompüterə şəkillərin yüklənməsi. Kompüterin sərt diskində olan şəkillərin avtomatik indeksləşdirilməsi. Adi və tam ekran, həmçinin slayd-şou rejimində təsvirlərə baxış.
Pitsa
Pizza (it. pizza) — İtalyan mənşəli xəmir yeməyidir. Üzərinə bir çox ərzaq məhsulu qoyula bilər. Pendir, sosis, pomidor, kolbasa, bibər, zeytun, qarğıdalı kimi əsas ərzaqlarla yanaşı, bir çox fərqli məmulatların qoyulduğu pizzalar da var. Xüsusilə, ana vətəni olan İtaliyada və Amerika Birləşmiş Ştatlarında bir çox pizza növü yaradılmışdır. Dünyanın bir çox yerində pizza evə çatdırma xidməti vasitəsilə gətirildiyi üçün istehlak səviyyəsi olduqca yüksəkdir. == Pizzanın yaranma tarixi == Ola bilər ki, əsl pizza Qədim Yunanıstanda meydana gəlmişdir. Rasional yunanlar xəmiri şirə ilə yoğururmuşlar, bu xörək onlar üçün azuqə mənasını ifadə edirmiş. Əldə olunan yeməyi onların allahları sayılan Elladaya göndərirmişlər. Yunanların vaxtıilə hazırladığı bu pizza "plakuntos" adlandırılırmış.
Karoline Pilhatş
Karoline Pilhatş (d. 1 mart 1999) — Avstriyalı üzgüçü. Karoline Pilhatş Avstriyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Karoline Pilhatş birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 28.45 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 22-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Pyatsa dei Mirakoli
Pyatsa dei Mirakoli (it. Piazza dei Miracoli) — Pizada yerləşən meydan. Məşhur Piza qülləsi və içərisində yerləşən Piza Kafedralı bu şəhərdə yerləşir. Turizm baxımdan böyük əhəmiyyətə sahib olan Piza qülləsi İtaliyada turistlərin ən çox ziyarət etdiklərdən yerlərdən biri hesab olunur. Tikili 1987-ci ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına salınmışdır.