Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Panenka
Panenka — futbolda 11 metrlik cərimə zərbəsini yetirmək üçün fənd. == Tarixi == 1976-cı il Avropa Çempionatının finalında, Qərbi Almaniya və Çexoslovakiya komandaları qarşılaşdı. Oyunun əsas vaxtı 2-2 hesabı ilə başa çatdığı üçün, əlavə vaxt artırıdı. Əlavə vaxtda da qalib müəyyənləşmədikdə, penalti zərbələrinə keçilir. İlk 3 qarşılıqlı penalti zərbəsi qol ilə nəticələndi. Çexoslavakiya 4-cü penaltini də qola çevirdi amma alman futbolçu isə zərbəni dəqiq vura bilmədi. Növbəti zərbə üçün topun arxasına Çexoslavakiyalı yarımmüdafiəçi, Antonin Panenka keçdi. Əgər Panenkanın bu zərbəsi qolla nəticələnsə, onun ölkəsi Avropa çempionu olacaqdı. Hətta ekran başındakı azarkeşlərin də, həyacandan titrədiyi bir zamanda, Panenka, soyuqqanlılıqla topu göylə, yüngülcə qapının mərkəzinə göndərdi. Almaniyanın qapıcısı sol tərəfə uzanması ilə qol oldu və Çexoslavakiya avropa çempionu oldu.
Planea
Planea (lat. Planea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Planer
Planer (Fransız dilində: Planeur, süzülərək uçmaq) — heç bir enerji mənbəyi olmadan uça bilən sabit qanadlı təyyarədir. Bəzi planerlərin motorlu modelləri də vardır. Pilot kabinəsi tək və ya iki pilotluq ola bilər. Bir kran sistemi və ya bir təyyarənin yedəkləməsi vasitəsi ilə hərəkətə gəlirlər. Çəkici ilə müəyyən bir yüksəklikdə ayrılır və atmosferdəki hava cərəyanlarından istifadə edərək uça bilirlər. Xüsusilə təşkil edilən yarışlarda məqsəd, ən qısa müddətdə, ən uzun yolu qət etməkdir. Planerin ixtiraçısı 1886-cı ildə sınaq uçuşu zamanı vəfat edən Otto Liliental idi. Bu gün istifadə olunan planerlər, fənərka və fiberqlas kimi çox yüngül materiallardan hazırlanırlar. Dar gövdəsi, planerin havanı asanlıqla bölməsinə imkan verir, qanadları isə nazik və uzun olması ilə qaldırıcı qüvvədən daha çox istifadə etməyə imkan verir. Planerin mühərriki olmadığından qanad formaları onu havada saxlamağa kömək etməlidir.
Antonin Panenka
Antonin Panenka (d. 2.12.1948, Praqa, Çexoslovakiya) — çex futbolçu.
Gimli planeri
Gimli planeri (ing. Gimli Glider) — 1983-cü il iyulun 23-də Kanadanın Gimli aeroportunda enmiş "Air Canada" aviaşirkətinə məxsus Boinq-767 təyyarəsinə verilən qeyri-rəsmi ad. 143 nömrəli reyslə Ottavadan Edmontona uçan təyyarənin yanacağı cihazların və texniklərin səhvi ucbatından yerdən 12000 metr yüksəklikdə qəfil bitmiş və təyyarənin mühərrikləri dayanmışdır. Buna baxmayaraq pilotlar planer effektindən istifadə edərək təyyarəni Gimli aviabazasında təhlükəsiz şəkildə yerə endirə bilmişdilər. Təyyarədəki 61 sərnişin və 8 heyət üzvünün hamısı sağ qalmışdır. 1985-ci ildə hər iki pilot Beynəlxalq Aviasiya Federasiyasının diplomu ilə mükafatlandırıldılar. 2008-ci ildə hadisənin 25 illiyi ilə bağlı Gimlidə xatirə lövhəsi açılmışdır.
Planea schlechteri
Planea (lat. Planea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.