Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plateya
Plateya (yun. Πλαταιαί) — Beotiyada qədim şəhər, Asop çayının mənbəyində Kiteron dağının şimal yamacındadır. Boeotiyanın digər şəhərlərindən fərqli olaraq, afinalıların sadiq müttəfiqi idi. Marafon döyüşü zamanı Plateya Afinaya dəstək verən yeganə yunan şəhəri idi və onlara yardım etmək üçün qoşun göndərmişdi. Pavsaniyə görə, Plateya Asopun qızının adı ilə adlandırılmışdır. Strabon yazır: E.ə. 479-cu ildə bu ərazidə Plateya döyüşü baş vermişdir. Müasir Plateya kəndi Plateya xarabalıqlarının bir kilometr cənubundadır.
Pleuronectes platessa
Plateya döyüşü
Plateya döyüşü (q.yun. Μάχη των Πλαταιών) — e.ə. 479-cu ildə baş verən Yunan-İran müharibələrinin ən böyük quru döyüşlərindən biri. Döyüş Beotiya ərazisindəki Plateya adlı kiçik şəhərdə, Kiteron dağının ətəklərində baş vermişdir. Plateya döyüşündə fars ordusu sarsıdıcı məğlubiyyətə uğradı. Spartalı Pavsaninin rəhbərlik etdiyi Yunan ittifaqının ordusu düşmən qüvvələrinin demək olar ki, hamısını praktik olaraq məhv etdi. Plateya döyüşü Ellada ərazisində işğalçıların — Kserksın rəhbərlik etdiyi Əhəməni imperiyasının quru qüvvələrinin tam məğlubiyyətinə gətirib çıxardı. Müxtəlif antik mənbələrə görə yunanların itkiləri nisbətən az idi, onların itkisi bir neçə yüzdən on min əsgərə qədər təxmin edilir. Plateya döyüşünü təsvir edən və bu günə qədər gəlib çatan əsas mənbə, Herodotun "Tarix"inin IX kitabdır. "Tarixin atası" öz əsərinə "mənim vəzifəm bütün olanları söyləməkdir, amma əlbəttə ki, hər şeyə inanmaq lazım deyil və bu qayda mənim bütün tarixi əsərlərimi izləyəcək." kimi yanaşması bəzi tənqidlərə səbəb olur.