Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prodik
Prodik (yun. Πρόδικος, təxminən e. ə. 465 – 395) — qədim yunan filosofu, sofistlər məktəbinin təmsilçisi. Dilçilik elmi və əxlaq problemləri ilə məşğul olmuşdur. O həm də dinlərin yaranması nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə, insanlar onlara xeyir gətirən günəş, çaylar, dənizlər kimi təbiət obyektlərini tanrılaşdırmışlar. Buna o, Misirdə Nil çayının tanrılaşdırılmasını örnək gətirirdi. Prodikə görə, bundan sonra insanların fəaliyyətlərinə uyğun olaraq şərabçılıq, dəmirçilik, sənətkarlıq və s. tanrıları uydurulmuşdur.
Pendik
Pendik İstanbul ilinin Anadolu yaxasında, Mərmərə dənizinə sahili olan və Kocaeli yarımadasında yerləşən bir rayondur. Cənub-şərqdən Tuzla, şərqdən Kocaelinin Gebze rayonu, şimaldan Şilə və Çəkməköy, qərbdən Kartal, Sancaktəpə və Sultanbəyli, cənubdan isə Mərmərə dənizi ilə əhatə olunub. Əhali sayına görə İstanbulun 4-cü, Anadolu Yakası isə ən sıx rayonudur. 1987-ci ilə qədər Kartal rayonunun qəsəbələrindən biri olub, 1987-ci ildən sonra Kartaldan ayrılaraq rayon olub. Sonra şərq qonşusu Tuzla 1992-ci ildə Pendikdən ayrıldı. Sonrakı illərdə Tuzlada olan Güzelyalı mahalı yenidən Pendikə bağlandı. Hazırda bələdiyyə sədri 2019-cu ildən Əhməd Cindir. == Coğrafiya == Təxminən 200 km2 əraziyə yayılmışdır və 9 km sahil xəttinə malikdir. Pendikin səth formaları ümumiyyətlə kobuddur. Dəniz sahili sahildən şimala doğru gil və qum və silisiumla örtülüdür.
Plotin
Plótin (yunanca Πλωτῖνος; 205 – 270[…], Minturno[d], Latsio) — antik idealist-filosof, neoplatonizmin yaradıcılarından biri. O həmdə neoplatonizmin nəzəri əsaslarını yaratmışdır. Ona görə də ona "İkinci Platon" deyirdilər. == Bioqrafiyası == Plotin Misirdə anadan olmuş, gəncliyini o dövrün mədəni mərkəzi olan İskəndəriyyədə keçirmiş və orada Ammonius Sakkasın öyrəncisi olmuşdur. Təxminən 40 yaşında Plotin Romaya köçmüşdür. O vaxtlar Roma imperiyasını dərin siyasi-ictimai böhran bürümüşdür. Fars və hind dünyagörüşü ilə yaxından tanış olmaq istəyən Plotin, imperator III Qordianusun (lat. Gordianus) İrana qarşı hərbi yürüşündə iştirak etmişdir. Ancaq, o yürüş Roma ordusunun yenilməsi ilə başa çatmışdır. Plotin isə yalnız təsadüf nəticəsində sağ qalmışdır.
Plovdiv
Plovdiv (bolq. Пловдив) — Bolqarıstanın paytaxtı Sofiyadan sonra ikinci ən böyük şəhəri ki 2012-ci ilin dekabr ayında 339,077 nəfər əhalisi var idi. Plovdiv vilayəti və bələdiyyəsinin inzibati mərkəzi.
Killıa Zoldik
Lodi
Lodi (it. Lodi) — İtaliyanın Lombardiya regionunda şəhər.
Lorik Sana
Lorik Sana (27 iyul 1983, Priştina) — Kosovoda anadan olan Albaniya futbolçusu. Fransa Liqa 1 komandalarından olan Nant FK-da çıxış edir. == Klub karyerası == Lorik Sana həvəskar karyerasına İsveçrə komandalarından olan Lozanna-Sport klubunda başlamışdır. 2000–2002-ci illər ərzində Pari Sen-Jermen FK-ın gənclər klubunda forma geymişdir. Paris klubunda ilk oyununa 19 aprel 2003-cü il tarixində Nant FK Atlantik klubuna qarşı çıxmışdır. 2003–2004 mövsümündə PSJ-ə Vahid Halilodziç baş məşqçi kimi gətirildi. Onun gəlişi ilə Sana klubda forma geymə şansına malik oldu. Eyni sezonda klub ilə Fransa Kubokunun sahibi oldu. Liqada 32 oyuna çıxıb 1 qol vurmağı bacardı. Ölkəsində isə İlin futbolçusu mükafatına layiq görüldü.
Milorad Dodik
Milorad Dodik (bosn. Milorad Dodik; xorv. Milorad Dodik; serb. Милорад Додик; 12 mart 1959, Laktaşi[d], Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya SFR) — Bosniya və Herseqovina rəyasət heyətinin hazırkı serb üzvü. Dodik 1996-cı ildə yarandığı gündən bəri Müstəqil Sosial Demokratlar İttifaqının Prezidenti vəzifəsində çalışır və Bosniya və Herseqovinada serblərin çoxluq təşkil etdiyi ərazi olan Serb Respublikasında bir sıra siyasi vəzifələr tutur. Dodik 1998–2001-ci illərdə və 2006–2010-cu illərdə Serb Republikasının Baş naziri və 2010–2018-ci illərdə Serb Republikasının Prezidenti olub. MSDİ-ın Prezidenti kimi Dodik öncə 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Serb Demokrat Partiyasına mülayim və islahatçı alternativi olaraq qəbul edildi. Lakin, o vaxtdan bəri Dodik və MSDİ getdikcə daha çox millətçi və separatçı xətt tutaraq, Bosniya serblərinin öz müqəddəratını təyinetmə hüququndan istifadə etdilər. Onun hakimiyyətdəki dövrü avtoritarizm, Bosniya federal qurumlarının pozulması və Serbiya və Rusiya ilə daha yaxın əlaqələri ilə xarakterizə olunur. == Həyatı == Dodik Banya Lukada anadan olub.
Botev Plovdiv PFK
Botev Plovdiv PFK — Bolqarıstanın futbol klubu == Tarixi == 12 mart 1912-ci ildə yaradılıb. == Avropa kuboklarında iştirak == 9 dəfə Avropa kuboklarında iştirak edib.
Elodie Marion Rafazi
Elodie Marion Rafazi (d. 8 sentyabr 1998) — Madaqaskarlı üzgüçü. Elodie Rafazi Madaqaskarı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Elodie Rafazi birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 31.26 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 52-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Lokomotiv Plovdiv PFK
Lokomotiv (Plovdiv) - Bolqarıstannın futbol klubu. == Tarixi == 1926-cı ildə yaranıb. == Avropa kuboklarında iştirak == 14 dəfə Avropa kuboklarında iştirak edib.
Melodik death metal
Melodik det metal ("Melodet" və "MDM" olaraq da adlanır) — det metal janrının melodik xüsusiyyətindən yaranmış musiqi janrı. == Tarixi == Melodik det metal sürətli və ağır "metal" janrıdır. Digər janrlardan fərqli olaraq bu janrın ifası zamanı sərt rifli gitaradan və sərt barabandan istifadə olunur. Bu janrın dünyada ən məşhur nümayəndələri Kalmah, Amon Amarth, Insomnium və In Flames, ən məşhur qrupları isə Skandinaviya yarımadasından olan qruplardır. At The Gates-in (Slaughter of the Soul), In Flames-in (The Jester Race) və Dark Tranquillity-nin (The Gallery) albomları melodik det metalın ən önəmli və böyük albomlarından hesab edilir. Melodik det metal janrının modern ("modern melodik det metal") tərzi İsveç musiqi qrupları In Flames və Soilwork tərəfindən yaradılmışdır. Azərbaycanda melodik det metalın nümayəndəsi Death Is Just The Beginning qrupu, modern melodik det metalın təmsilçisi isə Silence Lies Fear qrupudur.
Melodik det metal
Melodik det metal ("Melodet" və "MDM" olaraq da adlanır) — det metal janrının melodik xüsusiyyətindən yaranmış musiqi janrı. == Tarixi == Melodik det metal sürətli və ağır "metal" janrıdır. Digər janrlardan fərqli olaraq bu janrın ifası zamanı sərt rifli gitaradan və sərt barabandan istifadə olunur. Bu janrın dünyada ən məşhur nümayəndələri Kalmah, Amon Amarth, Insomnium və In Flames, ən məşhur qrupları isə Skandinaviya yarımadasından olan qruplardır. At The Gates-in (Slaughter of the Soul), In Flames-in (The Jester Race) və Dark Tranquillity-nin (The Gallery) albomları melodik det metalın ən önəmli və böyük albomlarından hesab edilir. Melodik det metal janrının modern ("modern melodik det metal") tərzi İsveç musiqi qrupları In Flames və Soilwork tərəfindən yaradılmışdır. Azərbaycanda melodik det metalın nümayəndəsi Death Is Just The Beginning qrupu, modern melodik det metalın təmsilçisi isə Silence Lies Fear qrupudur.
Plovdiv Hava Limanı
Plovdiv Hava Limanı (bolq. Летище Пловдив, Letishte Plovdiv; IATA: PDV, ICAO: LBPD) — Bolqarıstanın ən böyük ikinci şəhəri Plovdivdə yerləşən bir aeroport. Ümumiyyətlə Plovdiv-Asenovqrad əsas quru yolu üzərində, şəhərdən 12 km cənub-şərqdə yerləşən kiçik bir kənddən ilhamlanaraq Plovdiv Krumovo Aeroportu olaraq anılır. Məşhur xizək mərkəzləri Bansko və Pamporovo'nun yaxınlığında yerləşi səbəbiylə, qış mövsümündə fəaliyyət göstərir. Tıxacın əksəriyyətini Böyük Britaniya, İrlandiya və Rusiyadan gələn turistlərdən ibarətdir. Aeroport, eyni zamanda təcili vəziyyətlərdə əhəmiyyətli bir rol oynayır və bəzən təxminən 150 km və ya Trakiya şosesində 1 saat yarım məsafədəki Sofiya Aeroportunun alternativi olaraq istifadə edilməkdədir. == Tarixi == Plovdivdəki mülki aviasiyanın başlanğıcı 1928-ci ilin əvvəllərində Sofiya-Plovdiv-Yambol və Burqas arasındakı ilk sınaq uçuşu ilə başlamışdır. 1947-ci ildə Sofiya və Plovdiv arasındakı müvəqqəti vətəndaş uçuşları reallaşdırıldı. 1947-ci ilin Oktyabr ayının 2-də, Regional qəzeti Vətən Səsi, 45 günlük bir müddət içərisində 1,500 sərnişinin olduğunu və uçuşların daim vaxtında edildiyini bildirmişdi. May ayında Sofiya-Plovdiv-Burqas və Varna arasında 1948-ci ildəki nizamlı dönüş uçuşu başladı.
Spartak Plovdiv FK
"Spartak Plovdiv FK" — Bolqarıstannın futbol klubu. == Tarixi == 15 noyabr 1947-ci ildə yaranıb. == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib.
Lüsi Klodi Makr
Lüsi Klodi Makr (lat. Lucius Claudius Macer; ? - 68) - 68-ci ildə Roma uzurpatoru. Yulilər-Klavdilər mənşəlidir. Bir neçə aylıq hakimiyyətindən sonra onu imperator Qalba əvəz etmişdir. == Ədəbiyyat == Tasit Korneli. Tarix. 2,97,2; 4.49,4; 1,37,3; 1,7,1 Plutarx. Qalba. 6.
Tosya-Ladik zəlzələsi
Tosya-Ladik zəlzələsi — 1943-cü il noyabrın 27-də baş vermiş zəlzələ. Zəlzələ zamanı 10 mindən artıq ev uçmuş, 7 mindən artıq insan tələf olmuşdur.
Lodi doyusu
Lodi döyüşü — 1796-ci il 10 Mayda baş vermişdir. Avstriyalı general Beaulieu Napoleona qarşı Fombio döyüşündə aldığı məğlubiyyətdən sonra Beaulieu məğlub olaraq ordusunu Ada çayının gerisinə çəkdi. Beaulieu geri çəkilməni sürətləndirmək üçün Lodidə General-Mayor Vukassovich idarəsində təxminən 10.000 nəfər qoyaraq irəlilədi. Napoleonun ordusu 10 Mayda Lodiyə çatıb çayın sol sahilini düşməndən təmizlədi. Napoleonun əsas ordusu Lodiyə çatana qədər fransız topçuları avstriyalıların körpüyü dağıtmamaqları üçün qarşı sahilə dayanmadan atəş açırdılar. Elə bu vaxt Napoleon şəxsən toplardan birinin başına keçib əsgər kimi döyüşdü. Bu fransız əsgərlərinin döyüş ruhunu artırdı. Axşamüstü əsas ordu Lodiyə çatdı. Napoleon dərhal əsgərlərə körpünü keçmələri əmrini verdi. Axşama yaxın şəhər ələ keçirildi.
Lodi əyaləti
Lodi əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Loik Badiaşil
Loik Badiaşil Mukinayi (5 fevral 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda qapıçı kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Monako === Badiaşil Monako akademiyası vasitəsilə inkişaf etmişdir. Badiaşil öz peşəkar karyerasında debütünü Monako klubu ilə 27 iyul 2016-cı ildə etmişdir. O, görüşdən 13 dəqiqə sonra Fənərbağça klubu ilə qarşılaşmada Morqan De Sanktisi əvəz etmişdir. Həmin görüşdə Monako UEFA Çempionlar Liqasının təsnifat mərhələsində Fənərbaxçaya 2-1 hesabı ilə məğlub olmuşdur.Badiaşil Liqa 1-də debütünü 20 may 2017-ci ildə 2016-17 mövsümünün final görüşündə Renn klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə Seydu Sunu əvəz etmişdir. == Şəxsi həyatı == Badiaşilin valideynləri Konqo vətəndaşlarıdır. Badiaşil Monako klubunda peşəkar futbolçu kimi çıxış edən Benua Badiaşilin böyük qardaşıdır.
Loik Notte
Loik Notte (fr. Loïc Nottet d. 10 aprel 1996, Kursel, Belçika) — Belçika müğənnisi, rəqqası və bəstəkarı. Loik Notte 2014-cü ildə Belçikanın The Voice səs yarışmasında iştirak edərək 2-ci yerdə qərarlaşmışdır. Müğənni eyni zamanda Belçikanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və 217 xalla dördüncü yeri qazanmışdır. == Musiqi karyerası == Belçika tamaşaçıları Loik Notte ilə ilk dəfə ölkədə keçirilən The Voice səs yarışmasında tanış olmuşdur. Gənc müğənni yarışmanın münsifləri və ümumilikdə Belçika tamaşaçılarından əsasən müsbət rəylər qazanmış və yarışmanın finalına yüksələrək, ikinci yerdə qərarlaşmışdır. Loik Notte yarışmada Beverli Co Skottun komandasına yer almışdır. Belçikanın səs yarışmasında qazandığı uğurdan sonra Loik Notte Belçikanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanmışdır.. Gənc müğənni müsabiqədə ifa etdiyi "Rhythm Inside" mahnısı ilə müsabiqənin final mərhələsinə uğurla yüksəlmiş və finalda isə 217 xalla 27 iştirakçı arasında 4-cü yerdə qərarlaşmışdır.
Sofiya Lodi
Sofiya Lodi (d. 29 yanvar 1998) — İtaliyanı təmsil edən bədii gimnast. Sofiya Lodi 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi. Lodi həmdə Dünya Çempionatlarının 1 qızıl və 2 gümüş medalını qazanıb. == Karyerası == Sofiya Lodi 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Martina Centofani, Alessia Maurelli, Marta Pacnini və Kamilla Patrisia ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.