Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plotin
Plótin (yunanca Πλωτῖνος; 205 – 270[…], Minturno[d], Latsio) — antik idealist-filosof, neoplatonizmin yaradıcılarından biri. O həmdə neoplatonizmin nəzəri əsaslarını yaratmışdır. Ona görə də ona "İkinci Platon" deyirdilər. == Bioqrafiyası == Plotin Misirdə anadan olmuş, gəncliyini o dövrün mədəni mərkəzi olan İskəndəriyyədə keçirmiş və orada Ammonius Sakkasın öyrəncisi olmuşdur. Təxminən 40 yaşında Plotin Romaya köçmüşdür. O vaxtlar Roma imperiyasını dərin siyasi-ictimai böhran bürümüşdür. Fars və hind dünyagörüşü ilə yaxından tanış olmaq istəyən Plotin, imperator III Qordianusun (lat. Gordianus) İrana qarşı hərbi yürüşündə iştirak etmişdir. Ancaq, o yürüş Roma ordusunun yenilməsi ilə başa çatmışdır. Plotin isə yalnız təsadüf nəticəsində sağ qalmışdır.
Lqotnıy burnu
Lqotnıy burnu (rus. Льготный ) — Rusiyanın Xabarovsk diyarı ərazisində yerləşən burun. Sahillərini Oxot dənizinin suları yuyur. Yaxınlığında yerləşən şəhərlər: Maqadan, Asaxikava, Sayari.
Ploniya çayı
Ploniya (pol. Płonia, alm. Plöne‎) — Polşanın şimal-qərbində çay. == Coğrafiya == Polşanın şimal-qərbində çay. Cənubi Pomorsk əyalətinindən axaraq Dombe gölünə tökülür. Çayın uzunluğu 72,6 km, hövzəsinin sahəsi isə 1171,2 km²-dir. Çay başlanğıcını Barlinek şəhərindən 1.5 km məsafədə yerləşən Barlinek-Qorjuv landşaft parkında yerləşən Mıslibor gölündən götürür. Demək olar ki, mənbəni keçən kimi Barlin gölü və Barlinek şəhəri başlayır. Şimal-qərb istiqamətində axaraq o, Plon və Medve göllərini yuyur. Yuxarı axarlarında çay sürətli axır, Plon gölü sahillərində artıq sürəti azalır.
Ploskiy adası
Ploskiy adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Şimal Torpağının cənubunda, Oktyabr İnqilabı adasından 25 km cənubda yerləşir. Daxil olduğu qrupun cənubunda yerləşir. 4,65 km şimalda Sredniy adası, 1,1 km aralıda isə Qreben adası yerləşir. == Təsviri == Ploskiy adası ovalvari formaya malik olan, elə də böyük olmayan adadır. Adanın uzunluğu 1,5 km, eni isə 800 metr təşkil edir. Maksimsl hündürlük 24 metrdir. Şimal-qərb sahillərində kiçik adacıqlar vardır. Adaclq 150 m uzunluğa sahibdir.
Zlatnıy Rat
Zlatni Rat (xorv. Zlatni rat), həmçinin Qızıl burun və ya Qızıl buynuz ― dil Xorvatiyanın Dalmasiya regionu, Braç adası, Bol şəhərinin 2 km cənubunda, yerləşir. Xvar kanalında Braç və Xvar adalarının arasında, güçlü axınların təsiri ilə meydana gəlmişdir. Ağ qumlardan təşkil olunan dil Adriatik dənizində qərarlaşır. Çimərlik dilin hər iki sahili boyunca 634 m məsafədə uzanır. Dilin sonucu cənub-qərb küləklərinin yəsiri ilə şərqə, nadir hallarda isə qərbə əyilir. Bu külək Corvatiyada Sirroko adlanır. Çimərlikdə uzağa getmək təhlükəlidir. Səbəb axınların bir başa açıq dənizə çıxmasıdır. Buradan əsən qərb küləkləri (Miqstral) Vindsyorfinq vəhəskarlarını bura cəlb edirDil dövlət tərəfindən geomorfoloji obyekt kimi qorunur.
Böyük Pliniy
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. == Təbiət tarixi == Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Pontiy Pilat
Ponti Pilat (lat. Pontius Pilatus) — Yəhudi əyalətinin V prefekti, Suvarilər rəisi. İosiv Flaviy və Taçit onu prokurator adlandırsalar da 1961 ci ildə aşkar edilmiş, Pilatın yaşıdı olan Kesari yazısında göstərilir ki, 6-41 ci illərdə o, prefekt vəzifəsini daşımışdır. Əhdi-Cədidə görə sinedrionun (dini şuranın) başçısı Kaiafanın təkidinə baxmayaraq, Ponti Pilat məhkəmədə İsaya ölüm hökmü verməkdən üç dəfə çəkinmişdir. Pilatın həyat yoldaşı Klavdiya Prokula İsanın yuxusunda ona əzab verdiyini söyləyərək onu öldürməməyi ərindən israrla xahiş edir.Buna görə də bəzi xristian təriqətlərində onun adı - Klavdiya Prokula əziz tutulur. “Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O, üçüncü dəfə onlara dedi: O nə bəd iş görmüşdür? mən Onu öldürmək üçün heç bir səbəb görmürəm ki, Onu cəzalandırım, buraxacağam. Lakin onlar gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin; və rahibin çığırtıları da onlara qatışmışdır.