Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anton Povolnı
Anton Povolnı (alm. Anton Powolny‎; 29 avqust 1899, Vyana – 30 may 1961, Vyana) — Avstriyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. == Karyera == Əsl peşəsi polis olan Povolnı, futbol oynamağa Vyananın " Avstriya" klubunda başlayır. 1916-cı ildə komandanın əsas heyətində debüt edir. "Avstriya"dakı futbolçuların əksəriyyətinin Birinci Dünya Müharibəsinə yollanması onun əsas heyətdə möhkəmlənməsinə kömək olur. 1921-ci ildə Povolnyı Avstriya ikinci divizionunda yarışan "Ober Sent Veyt" klubuna, oradan da bir neçə ay sonra 1921/22 mövsümündə ilk çempionluğunu qazandığı "Viner Şport Klub" komandasına keçir. 1924-cü ildə "Viner Alf" komandasına transfer olunur. Ancaq burada çox qalmır və İtaliyanın "Recana" klubuna transfer olunur. Burada ilk mövsumundə 22 oyuna 15 qol vurur.
Provalnoe gölü
Provalnoe gölü —Tatarıstanın Zelenodonski rayonu ərazisində yerləşən göl. Provalnoe gölü karst mənşəllidir. Tatarıstanın Zelenodonski rayonunda, Ulitino kəndindən 0,8 km cənub-şərqdə yerləşir. Su tutarı dairəvi formaya malikdir. Uzunluğu 50 metr, maksimal eni isə 30 metrdir. Su səthinin sahəsi 0,29 ha-dır. Orta dərinliyi 5 metr, maksimal dərinliyi isə 7 m təşkil edir. Su tutarının həcmi 600 m³-dir. Yeraltı sularla qıdalanır. Səviyyəsi dəyişməzdir.