Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Povajska Bistritsa
Povajska Bistritsa (slovak. Považská Bystrica, alm. Waagbistritz‎, mac. Vágbeszterce, bəzən rus. Поважская Быстрица) — Slovakiyanın şimal-qərbində Vaq çayının sahilində, Trençin bölgəsində şəhər. Əhalisi 42 320 nəfərdir (2004-cü il). Şəhərin adı ilk dəfə 1316-cı ildə macar səlnamələrində qeyd edilib. Şəhərin tarixi yaxınlıqda yerləşən və XIII əsrdə inşa edilən Bistritsa qəsri ilə sıx bağlıdır. 1918-ci ildə Bratislavadan buraya «Rot» silah istehsal edən zavod köçürülür və məhz bundan sonra, şəhərin sənayeləşdirilmə prosesinə start verilir. === Şəhər rayonları === Povaj şəhəri bir neçə hissəyə bölünür, şəhər 11 kiçik rayona bölünür (bunlar əvvəllər müstəqil bələdiyyələr idi).