Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mahmud xan Poladen
Mahmud xan Hüseyn xan oğlu Poladen (1868-1928) — Azərbaycan əsilli İran Kazak diviziyasının polkovniki. == Həyatı == Mahmud xan Poladen 1868-ci ildə İran Kazak diviziyasının zabiti Hüseyn xanın ailəsində anadan olmuşdu. Əslən Naxçıvanlıdır. O, Hərbi məktəbdə oxumuşdu. İranda "Qazaqxana" deyilən kazak briqadasında xidmətə başlamışdı. Məşrutə hərəkatına qarşı çıxmışdı. Mahmud xan Poladen 1919-cu ildən sonra Rza xan Sipəhi dəstəkləmişdi. Mahmud xan Poladen Rza şaha qarşı hazırlanan sui-qəsddə iştirak etmişdi. Mahmud xan Poladen 1928-ci ildə güllələnib. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011.