Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polonski adası
Polonski adası (yap. 貝殻島, rus. остров Полонского) — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. Ada inzibati cəhətdən Saxalin vilayəti Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adaya Yaponiya iddua edərək onu Hokkaydo prefekturası Nemuro subprefekturası ərazisi hesab edir. Üstəlik yaponlar adanı Kuril adalarının deyil Habomai arxipelaqına daxil ada kimi qeyd edir. Ada İkinci Dünya müharibəsi sonucunda SSRİ tərəfindən ələ keçirilmişdir. Adı görkəmli rus tarixçisi, Sakit okeanda bir çox coğrafi kəşflərə imza atmış Aleksandr Polonski. şərəfinə adlandırılmışdır. Adanın səthi düzəndir.
Polonski boğazı
Polonski boğazı — Sakit okeanda yerləşən boğaz Osloki adaları və Polonski adasını Zelyonıy adasından ayırır. Boğazın eni 11 km-dir. Kuril adalarının Böyük Kuril sıralaması arasında qərarlaşır. Boğaz rus tarixçisi Aleksandr Semyonov Polonskinin şərəfinə adlandırılmışdır.
Vladimir Polonski
Polonski Vladimir İvanoviç (əsl adı Ruven Qerşeviç; 5 (17) iyun 1893, Tobolsk – 30 oktyabr 1937, Moskva) — sovet partiya və həmkarlar ittifaqı xadimi. 1912-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. == Həyatı == Vladimir Polonski 1893-cü ildə Rusiyanın Tobolsk viləyatində yəhudi ailəsində doğulmuşdur. 1908-ci ildə matros kimi çalışmağa başlayıb, 1912-ci ildə isə Sankt-Peterburqda elektrik ustası kimi işləyirdi. 1907-ci ildə Rusiya Sosial Demokratik Partiyisanın üzvüdür. Polonski 1914-cü ildə öz siyasi baxışlarına görə həbs olunmuşdur. 1930–1933-cü illərdə Azərbaycan Kommunist Partiyasının I katibi olub. Vladimir Poloski 22 iyun, 1937-ci ildə yaratdığı siyasi münaqişələrə görə yenidən həbs edilir. Ona güllələnmə əmri verilir və 1937-ci il 30 oktyabr tarixində Lyublyana türməsində güllələnir. Vladimir Poloski Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir.
Yakov Polonski
Polonski Yakov Petroviç (18 dekabr 1819 və ya 19 dekabr 1819, Ryazan[…] – 30 oktyabr 1898[…], Sankt-Peterburq) — rus şairi, etnoqrafı, dövlət məmuru. == Həyatı == Polonskinin şeirləri Rusiyada çox məşhurlaşmış, onun sözlərinə romanslar bəstələnmişdir ("Qaraçı qızının mahnısı" bu günə kimi xalq mahnısı kimi ifa olunur). O, 1840-1850 illərdə Qafqazda İmperator dəftərxanasında çalışmış, rəsmi dövlət orqanı olan "Zaqafqazskiy vestnik" qəzetinin redaktor müavini olmuşdur. Tiflisdə yaşadığı illərdə Qafqaz xalqlarının tarixi və məişəti ilə maraqlanmış, bir çox gürcü və azərb. şairləri, musiqiçiləri ilə dostluq əlaqələri saxlamışdır. Bu illərdə Polonski folklor motivləri ilə zəngin olan şerlərini yazmış və "Sazandar" adlı şeirlər kitabını (1849) nəşr etdirmişdir. Y.Polonski azərb. xanəndə Səttara şeirlər həsr etmiş, onun təsirli səsini və ifasını öz şeirlərində tərənnüm etmişdir.
Pogonia graminifolia
Spathoglottis pubescens (lat. Spathoglottis pubescens) — səhləbkimilər fəsiləsinin spathoglottis cinsinə aid bitki növü. == Sinonimləri == Epipactis graminifolia Roxb. Pogonia graminifolia (Roxb.) Voigt Spathoglottis fortunei Lindl. Spathoglottis parvifolia Lindl. Spathoglottis khasyana Griff. Spathoglottis bensonii Hook.f. Spathoglottis pubescens var. berkleyi Hook.f. Spathoglottis pubescens var.