Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kodkod
Kodkod (lat. Leopardus guigna) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Podzol torpaqlar
Podzol torpaqlar — Avrasiya və Şimali Amerikada əsasən iynəyarpaq meşələr altında yayılan torpaq tipi. Bu meşələrdə ot örtüyü adətən olmur və torpağın səthi ölü örtüklə — meşə döşənəyi ilə örtülü olur. == Genezisi == Podzol torpaqlar əsasən iynəyarpaq meşələr altında yayılmışdır. Onların profilinin formalaşması podzollaşma, elüvial-qleyli və lessivaj proseslərin inkişafı ilə əlaqədardır. Podzol torpaqların əsas massivi podzol və qleyli-podzol yarımzonalarda cəmləşmişdir. Onlara iynəyarpaq meşələrinin cənubunda da rast gəlmək mümkündür. Podzol və qleyli-podzol torpaqların ümumi sahəsi Rusiya ərazisində 132 mln.ha təşkil edir. == Morfoloji tərkibi == Torpağın yuxarı hissəsində ilkin və törəmə mineralların parçalanması və parçalanma məhsullarının aşağıdakı horizontlara və qrunt suyuna aparılmasıdır. Bu torpaqların üst meşə döşənəyi ağac və mamır-şibyə bitkilərinin ölmüş hissələri əsasında formalaşmışdır. Onların tərkibində kalsium, azot, çətin parçalanan birləşmələr vardır.
Ovod (roman)
Ovod (ing. Gadfly) — irland yazıçısı Etel Lilian Voyniç tərəfindən yazılmış roman. Roman 1897-ci ildə ABŞ-də nəşr olunub. Əhvalatlar Gənclər Hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın ətrafında baş verir. Onun atası Padre Montanelli ilə münasibətləri, dostu Cemmaya olan sevgisi ilə əlaqədar olan faciəvi hadisələr əsərin əsasını təşkil edir. Bu, din, məyusluq, inqilab, romantika və qəhrəmanlığın əsəridir. "Ovod" romanı bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır. Azərbaycan dilində "Atmilçəyi" adı ilə də tərcümə və nəşr edilib. == Mövzu == Bu əsər 19-cu əsrin 30-cu illərində italyanların işğalçı Avstriya imperiyasına qarşı üsyanından, bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun faciəli həyatından bəhs edir. "Ovod" (Atmilçəyi və ya Mozalan) təxəllüsü ilə kəskin yazılar yazan bu gənc idealist sonunda öz xalqının azadlığı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivaresə çevrilir.
Ovod (film, 1955)
"Ovod" (rus. Овод) — rejissor Aleksandr Faynsimmerin filmi. == Məzmun == Film italyan vətənpərvərlərinin ana yurdun azadlığı uğrunda avstriyalı işğalçılara qarşı gizli mübarizəsindən bəhs edir. Bu hadisələrin mühitində insanın faciəli taleyi durur. Həmin insan çətinliklərdən keçərək təmiz qəlbli və şövqlü gəncdən barışmaz inqilabçıya — əfsanəvi və ələkeçməz Ovoda çevrilir. == Film haqqında == Film ingilis yazıçısı Etel Lilian Voyniçin eyniadlı romanı əsasında çəkilmişir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi : Etel Lilian Voyniç Ssenari müəllifi : Yevgeni Qabriloviç Quruluşçu rejissor : Aleksandr Faynsimmer Quruluşçu operator : Andrey Moskvin Baş rəssam : Yevgeni Yeney Bəstəkar : Dmitri Şostakoviç Geyim üzrə rəssam : B. Maneviç Səs operatoru : İ. Volk Qrim rəssamı : V. Ulyanov Filmin direktoru : M. Gendenşteyn === Rollarda === Oleq Strijenov – Artur Marianna Strijenova – Cemma Nikolay Simonov – Montanelli Vladimir Etuş – Martini Semyon Svaşenko – Markone Pavel Usovniçenko – Cüzeppe Vadim Medvedyev – Ciovanni Vladimir Çestnokov – Dominikino Ruben Simonov – Kardi Antoni Xodurski – Qrassini Anna Lisyanskaya – Qrassininin arvadı Qriqori Şpigel – Ceyms Yelena Yunger – Yuliya Boris Dmoxovski – şəhər komendantı Yakov Malyutin – polkovnik == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.