Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Voyvoda
Voyvoda — slavyan dillərində komandir və ya şahzadə deməkdir. Osmanlı imperiyası Valaxiya və Moldavianı öz torpaqlarına əlavə etməzdən əvvəl bu ölkələrin krallarına voyvoda deyilirdi. Osmanlı imperatorluğu dövründə eyni termin, sultanın Valaxiya və Moldavia əyalətlərinə təyin etdiyi qubernatorlar üçün istifadə edilməyə davam edilmişdir. Voyvodalar Osmanlı imperiyasının kadrlarında sancaqbəylərinə bərabər mövqedə idilər.
Voyvoda (Osmanlı)
Voyvoda — Osmanlı imperiyası dövründə xəzinəyə məxsus ərazi ilə sultan, xanım sahibə, böyük vəzir, vəzir, bəylər və sancaqbəyilərin ərazilərinin gəlirlərini toplamaq üçün təyin edilmiş məmurlar idi. Bunların həmçinin ərazinin olduğu yerin nizamını və təhlükəsizliyini təmin etmək vəzifələri də var idi. Voyvodalar bölgələrinin güclü adamları olduqları üçün bəzən Osmanlı dövlətinə problemlər də yaratmışdırlar.
Voyvoda (dəqiqləşdirmə)
Voyvoda — Voyvoda slavyan dillərində komandir və ya şahzadə deməkdir. Voyvoda (Osmanlı imperiyası) — Osmanlı imperiyası dövründə bəzi bölgələrin qubernatorlarına verilən rütbə. Voyvoda (hərbi rütbə) — Serbiyada hərbi rütbə.
Voyvoda (Osmanlı imperiyası)
Voyvoda — Osmanlı imperiyası dövründə xəzinəyə məxsus ərazi ilə sultan, xanım sahibə, böyük vəzir, vəzir, bəylər və sancaqbəyilərin ərazilərinin gəlirlərini toplamaq üçün təyin edilmiş məmurlar idi. Bunların həmçinin ərazinin olduğu yerin nizamını və təhlükəsizliyini təmin etmək vəzifələri də var idi. Voyvodalar bölgələrinin güclü adamları olduqları üçün bəzən Osmanlı dövlətinə problemlər də yaratmışdırlar.
Voyvoda (hərbi rütbə)
Voyvoda (Serb: Војвода; rom: Voyvoda) — Balkan müharibələri və Birinci Dünya Müharibəsi illərində Serbiyanın ən yüksək hərbi rütbəsi, o dövrün dünyanın digər ordularındakı Feldmarşal hərbi rütbəsinə bərabərdir. Hərbi rütbə aşağıdakı şəxslərə verilmişdir: Radomir Putniku (1912); Stepa Stepanoviç (1914); Zhivoin Mishich (1914); Petar Boyoviç (1918); Louis d'Espere, Fransanın Marşalı (1921) fəxri adı; Qubernatorlar, Serbiya gerbinin əsas elementi olan ağ iki başlı qartal (ölçüləri 54 mm x 40 mm) olan ümumi hörülmüş paqonlar taxmışdılar.
Voyvoda (Böyük Litva knyazlığı)
Böyük Litva knyazlığındakı voyvoda, Polşa voyvodalığındakı yerli idarənin rəhbəridir. Böyük Litva knyazlığının Parlamentində, 1569-cu ildə Lublin Birliyindən sonra — Birlik Senatında oturmuşdur. Voyvodanın əsas vəzifələri dövlət mənbələri və böyük knyazın gəlirlərinin, voyvodalıqlardakı silahlı qüvvələrin təşkili üzərində nəzarət olmuşdur. Qala məhkəməsi adlanan məhkəmələrdə müəyyən məhkəmə funksiyalarını da yerinə yetirirdi. Böyük Litva Hersoqluğunun böyük torpaq mülkiyyətçilərindən, Polotsk və Vitebsk voyvodalıqlarında — yerli sakinlərin razılığı ilə yaşamaq təyin edilmişdi. Mərkəzi dövlət orqanlarından xeyli dərəcədə müstəqillik əldə etmişdi. On dördüncü və on beşinci əsrlərdə voyvoda Böyük Litva Hersoqluğunun bir hissəsi olmuş bəzi xüsusi knyazlıqlarda Böyük Litva knyazlığının vəziri olaraq müəyyən vəzifə səlahiyyətləri yerinə yetirmişdir, məhkəmə, inzibati və hərbi (manqa başçısı) səlahiyyətlərə sahib idi.