Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Laura Poldvere
Laura Pıldvere (est. Laura Põldvere; d. 30 avqust 1988, Tartu, Estoniya) — Estoniya müğənnisi. O Estoniyanı Suntribe qrupunun üzvü kimi 2005 Avroviziya Mahnı Müsabiqəsində və Koyt Toome ilə birlikdə 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Laura Pıldvere 30 avqust 1988-ci ildə Estoniyanın Tartu şəhərində anadan olub. Laura 2014-cü ildə Eston musiqiçi Coel-Rasmus Remmel ilə ailə həyatı qurmuş və 2016-cı ildə cütlük ayrılmışdır. == Musiqi karyerası == Lauranın musiqi karyerası 2005-ci ildə Estoniyanın ERR telekanalının Avroviziya üçün təşkil etdiyi milli seçim turu Eurolaul 2005-də iştirakı ilə başlamışdır. Milli seçim turunda Laura ifa etdiyi "Moonwalk" mahnısı ilə ikinci yeri tutsa da, o yarışmanın qalibi "Suntribe" qrupunun üzvü olaraq Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2005-də Estoniyanı təmsil etmək hüququ qazanmışdır. İfa etdikləri "Let's Get Loud" adlı mahnı ilə müsabiqənin yarımfinal mərhələsində 20-ci yerdə qərarlaşan qrup final mərhələsinə adlaya bilməmişdir. Laura eyni zamanda "Sunflowers" mahnısı ilə 2007-ci ildə Estoniyanın Avroviziya üçün seçim turunda iştirak etmiş və nəticədə üçüncü yeri tutaraq, məğlub olmuşdur.