Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamenes-Podolska qalası
Kamyanets-Podilskıy qalası, (ukr. Кам'янець-Подільська фортеця, pol. Stary Zamek w Kamieńcu Podolskim) – hal-hazırda Ukraynanın Kamyanets-Podilskıy şəhərində yerləşən tarixi Polşa qalası. 1672–1699-cu illər arasında 27 il ərzində Osmanlı İmperiyasının Kamaniçe əyalətinin mərkəzi olmuşdur. Qala haqqında ilk məlumatlar XIV yüzilliyə aiddir. O vaxtlar bölgə Böyük Litva knyazlığının idarəçiliyində idi. Qala XIV–XVIII yüzillikdə Reç Pospolita, Osmanlı və Rusiya Çarlığı maraq dairəsində olmuşdur. 1672-ci ildə Osmanlı padşahı IV. Mehmet 300.000-lik əsgər ilə qalanı işğal etmişdir. Osmanlı imperiyasına 40.000-lik kırım və kazak əsgərləri kömək etmişdir. 18 avqust 1672-ci ildə qala Osmanlı imperiyası rərəfindən ələ keçirilmişdir.