Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Podofil
Podofil (lat. Podophyllum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi.
Podolye
Podolye (Podolia) — Ukraynanın cənub-qərb və mərkəzi qərb hissəsini əhatə edən tarixi bir bölgə. 17-ci əsrdə Osmanlı-Litva Knyazlığının hər zaman diqqət mərkəzində olmuşdur. Osmanlı hakimiyyəti dövründə, bölgədə Podolye Əyaləti qurulmuştur. Rus İmperiyası nın hakimiyyəti dövründə isə, bölgədə Podolye Quberniyası qurulmuştur. Slavyanların yaşadığı ərazi 13-cü əsrdə tatarlar tərəfindən işğal edilmişdir. Bölgə 1362-ci ildə Litva şahzadəsi Olgierd tərəfindən işğaldan azad edilmiş və Jagellonların Poloşa-Litva dövlətinə qatılmışdır. Bu dövrdə polşalıların sayı kəskin surətdə artmış və bölgə iqtisadi baxımdan sürətlə inkişaf etmişdir. Türklər 1672-ci ildə bölgəni işğal etdilər, lakin 1699-cu ildə isə Polşalılara geri qaytardılar. Bölgə 1772-ci ildə iki hissəyə bölündü. Qərbi Polşa Habsburqlarların, Şərqi Polşa Rusların tərkibinə qatılmışdır.
Qalxanabənzər podofil
Qalxanabənzər podofil (lat. Podophyllum peltatum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin podofil cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub, düyünlü üfüqi istiqamətdə olan kökümsovunun uzunluğu 1 m, diametri 1,5 sm xaricdən qırmızımtıl-qonur, sındıqda isə ağ rəngli olur. Kökümsovunda çoxsaylı lətli çıxıntılar vardır ki, bunların uzunluğu 35sm, eni isə 5mm-ə bərabərdir. Kökümsovu xaricdən açıq-qonur, sınıq halda isə sarımtıl-ağ olub, xoşagəlməz iylidir. Gövdəsi düzqalxan, hündürlüyü 50sm, diametri isə 1,5 sm olub, xaricdən çəhrayı, daxili içiboş, oyuq, əsasında 1-3 ədəd qınlı yarpaqları, yuxarı hissəsində isə 3 ədəd qarşı-qarşıya dayanan yaşıl yarpaqlardan ibarətdir. Gövdəsinin sonunda uzun saplaqlı əyilmiş təksaylı çiçəkləri vardır. Yarpaqları uzun saplaqlı, dairəvi, qalxanvarı, diametri 20sm-ə qədər, dişli-bölünən, 7-9 ədəd ikiqanadlı, kənarları isə bərabər olmayan dişlidir. Çiçəyi ağ, əyilmiş, iri, diametri 7sm-ə qədər ətirli (qovun iyli), çiçək yatağı ikiqat yanlıqlı, 3-6 ədəd kasayarpaqlı və 6-9 ləçəkdən, çoxsaylı erkəkcikdən və yuxarı yumurtalıqlı oturaq dişicik ağzından ibarətdir. Meyvələri dairəvi və ya yumurtavari, limonu-sarı rəngli olub, uzunluğu 7 sm, aromatlı, yumşaq lətli və çoxsaylı qırışıqlı açıq-qəhvəyi rəngli toxumları vardır.
Pooriə Putək
Pooriə Putək (27 iyun 1991-ci il)— iranlı reper, bəstəkar, prodüser, YouTuber və etiket sahibidir. Pooria Arab 27 iyul 1991-ci ildə Tehran, İranda anadan olub. Məktəbi bitirdikdən sonra Tehran Universitetinin Kompüter Texnologiyaları fakültəsinə daxil olub. Baxmayaraq ki, təhsilinin son ilində oranı tərk edərək hərbi xidmətə getməyə qərar verir. Pooria məktəbi bitirdikdən sonra Tehran Universitetinin Kompüter Texnologiyaları fakültəsinə daxil olub. Baxmayaraq ki, təhsilinin son ilində oranı tərk edərək hərbi xidmətə getməyə qərar verir. Tehran şəhərində iki aylıq hərbi təhsilini başa vurduqdan sonra Pooria Tehranın İnformasiya Mühafizəsi Mərkəzinə silah təchizatı şöbəsinə köçürüldü. beş ay sonra Pooria ordunu tərk edir və daha sonra, 2012-ci ildə sinir sistemi xəstəliyi səbəbindən hərbi xidmətə girə bilməməsinin rəsmi təsdiqini alır. Purianın atası oğlunu siyasi mövzular və İrandakı mövcud rejimin ümumi narazılığı ilə əlaqəli təhlükələrdən qorumaq üçün onu ali təhsil almaq üçün xaricə göndərmək qərarına gəlir. Həmin illərdə Putak İranın underground rep cəmiyyətinə Həmid Manfinin prodüseri olduğu "Nasakh" adlı ilk albomunu təqdim edir.