Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Podolsk
Podolsk (Moskva vilayəti) — Moskva vilayətində şəhər. Podolsk (Xaybulla) — Xaybulla rayonunda kənd.
Podolye
Podolye (Podolia) — Ukraynanın cənub-qərb və mərkəzi qərb hissəsini əhatə edən tarixi bir bölgə. 17-ci əsrdə Osmanlı-Litva Knyazlığının hər zaman diqqət mərkəzində olmuşdur. Osmanlı hakimiyyəti dövründə, bölgədə Podolye Əyaləti qurulmuştur. Rus İmperiyası nın hakimiyyəti dövründə isə, bölgədə Podolye Quberniyası qurulmuştur. Slavyanların yaşadığı ərazi 13-cü əsrdə tatarlar tərəfindən işğal edilmişdir. Bölgə 1362-ci ildə Litva şahzadəsi Olgierd tərəfindən işğaldan azad edilmiş və Jagellonların Poloşa-Litva dövlətinə qatılmışdır. Bu dövrdə polşalıların sayı kəskin surətdə artmış və bölgə iqtisadi baxımdan sürətlə inkişaf etmişdir. Türklər 1672-ci ildə bölgəni işğal etdilər, lakin 1699-cu ildə isə Polşalılara geri qaytardılar. Bölgə 1772-ci ildə iki hissəyə bölündü. Qərbi Polşa Habsburqlarların, Şərqi Polşa Rusların tərkibinə qatılmışdır.
Podolsk (Xaybulla)
Podolsk kəndi (başq. Петропавловский) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Tanalık kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Podolsk kəndinin milli tərkibi: başqırdlar 90 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 24 km., ən yaxın dəmiryol stansiyasından (Orsk stansiyası): 120 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Podolsk (Moskva vilayəti)
Podolsk — Rusiya Federasiyasında yerləşən şəhər və eyniadlı rayonun inzibati mərkəzi. Moskva vilayətinə daxildir. Moskva çayının qolu olan Paxra çayının sahilində Moskvanın mərkəzindən 35 km məsafədə cənubda yerləşir. == Tarixi == Podolsk şəhəri burada yerləşən podol kəndinin böyüməsi ilə yaranıb. Məntəqə 18-ci əsrdə Moskvadakı Danilov kilsəsinə məxsus idi. 1791 ci ildə II Yekaterina Podolska şəhər statusu verdi. == Coğrafiyası və iqlimi == Geniş park sahələrinə malikdir. Şəhər ətrafında meşə-park zonası əsas yeri tutur. == Əhalisi == 1 yanvar 2007-ci ildə əhalisi 179,4 min olub. Şəhərdə xristianlarla yanaşı müsəlmanlar da yaşayır.
Kamenets-Podolski
Kamenets-Podolski (ukr. Кам'янець-Подільський) — Ukraynanın Xmelnistki vilayətində şəhər. == Etimologiya == Kamenets-Podolski — (pol. Kamieniec Podolski; erm. Կամիանեց-Պոդոլսկի; idiş: קאָמענעץ (Коменец) — IX əsrdən Kamenets (ukr. Кам'янець) kimi tanınıb. Kaments sözü ilkin mənşəyini qədim slavyan dililərində olan «камень», yəni "daş" sözündən alır. Şəhərin adının ikinci hissəsi isə Podolye (ukr. Поділля; pol. Podole — «vadi, alçaqlıq», həmçinin rus salnamələrində «Понизье») etnonimidir.
Lukas Podolski
Lukas Podolski (4 iyun 1985[…], Qliviçe[d], Katovitse voyevodluğu[d]) — Polşa əsilli Almaniyalı futbolçu. Hal-hazırda Qurnikda forma geyinir. == Həyatı == Lukas Podolski, peşəkar futbolçu Valdemar Podolski və həntbol oyunçusu Kristina Podolskanın oğlu olaraq Polşanın Qlivise şəhərində dünyaya gəlmişdir. 1987-ci ildə ailəsi ilə birlikdə Almaniyaya köçmüşdür. Podolski 2011-ci ildə evlənmişdir. == Klub karyeraları == Köln Futbola 1991-ci ildə Cuqend 07 Berqhem klubunun futbol məktəbində başlamışdır. 1995-ci ildə Köln futbol klubunun U-15 komandasına keçdi. 2003-cü ildə ilk dəfə Köln'ün ikinci komandasında oynamışdır. Daha sonra U-19 komandasında göstərdiyi uğurlardan sonra 18 yaşında birinci komandada oynamışdır. Lakin Köln liqanı sonuncu yerdə bitirdikdən sonra ikinci liqaya düşmüşdü.
Mogilyov-Podolski
Moğıliv-Podilskıy (ukr. Могилів-Подільський, pol. Mohylów Podolski, rum. Moghilău/Movilău, idiş מאָהילעװ‎) — Ukraynanın Vinnitsa vilayətində şəhər, eyniadlı rayonun inzibati mərkəzi. Dnestr çayı sahilində gəmi dayanacağı rolu oynayan şəhərdə dəmiryol stansiyası var. Moğıliv-Podilskıydə maşınqayırma, cihazqayırma, mexaniki təmir, şərab, konserv, yağ zavodları, mebel, tikiş fabrikləri, tikinti-quraşdırma, ticarət texnikumları, tibb, musiqi, idman məktəbləri, mədəniyyət evi, ölkəşünaslıq muzeyi və s. var. XVI əsrdə salınmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Вирський Д. С. Могилів-Подільський // Енциклопедія історії України: у 10 т. / Редкол.: В. А. Смолій (голова) та ін.; Інститут історії України НАН України.
Kamenes-Podolska qalası
Kamyanets-Podilskıy qalası, (ukraynca: Кам'янець-Подільська фортеця, polyakca: Stary Zamek w Kamieńcu Podolskim) hal-hazırda Ukraynanın Kamyanets-Podilskıy şəhərində yerləşən tarixi Polşa qalasıdır. 1672–1699-cu illər arasında 27 il ərzində Osmanlı İmperiyasının Kamaniçe əyalətinin mərkəzi olmuşdur. Qala haqqında ilk məlumatlar 14-cü yüzilliyə aiddir. O vaxtlar bölgə Böyük Litva knyazlığının idarəçiliyində idi. Qala 14–18-ci yüzillikdə Reç Pospolita, Osmanlı və Rusiya Çarlığı maraq dairəsində olmuşdur. 1672-ci ildə Osmanlı padşahı IV. Mehmet 300.000-lik əsgər ilə qalanı işğal etmişdir. Osmanlı imperiyasına 40.000-lik kırım və kazak əsgərləri kömək etmişdir. 18 avqust 1672-ci ildə qala Osmanlı imperiyasına təslim oldu. Ancaq 27 il sonra Osmanlı-Müqəddəs İttifaq müharibəsində Osmanlı dövləti müharibəni uduzaraq, Karlovitsa müqaviləsini imzalayaraq, qalanı Reç Pospolitaya təslim etdi. Qala 18-ci əsrdən həbsxana olaraq istifadə olunmağa başladı.
Podolski Tovtrı Milli Parkı
Podolski Tovtrı Milli Təbiət Parkı (ukr. Національний природний парк «Подільські Товтри») — Ukraynanın Xmelnitski vilayətində yerləşən milli park. Milli park Kamenes-Podolski, Çemeroveski və Qorodokski rayonlarının ərazisinə daxildir. Podolski Tovtrı Milli Parkı 2008-ci ildə Ukraynanın 7 Təbiət möcüzəsindən biri seçilmişdir. 13 iyul 2017-ci ildə milli park UNESKO-nun Ümumdünya irsinə daxil edilmişdir. Park ərazisində Avropanın və Karpatların nadir fıstıq meşələri qorunur. == Tarixi == Milli park 27 iyun 1996-cı ildə Ukrayna prezidentinin qərarı ilə yaradılmışdır. Məqsəd təbi landşaftı və tarixi-mədəni komplekslərin qorunması, elcə də estetik, elmi və sağlamlıq istiqamətlərdə istifadə idi. == Ümumi məlumat == Milli parkın ümumi sahəsi — 261 316 hektardır. Parka məxsus ərazi isə 1300 hektardır.