Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamenets-Podolski
Kamenets-Podolski (ukr. Кам'янець-Подільський) — Ukraynanın Xmelnistki vilayətində şəhər. == Etimologiya == Kamenets-Podolski — (pol. Kamieniec Podolski; erm. Կամիանեց-Պոդոլսկի; idiş: קאָמענעץ (Коменец) — IX əsrdən Kamenets (ukr. Кам'янець) kimi tanınıb. Kaments sözü ilkin mənşəyini qədim slavyan dililərində olan «камень», yəni "daş" sözündən alır. Şəhərin adının ikinci hissəsi isə Podolye (ukr. Поділля; pol. Podole — «vadi, alçaqlıq», həmçinin rus salnamələrində «Понизье») etnonimidir.
Lukas Podolski
Lukas Podolski (4 iyun 1985[…], Qliviçe[d], Katovitse voyevodluğu[d]) — Polşa əsilli Almaniyalı futbolçu. Hal-hazırda Qurnikda forma geyinir. == Həyatı == Lukas Podolski, peşəkar futbolçu Valdemar Podolski və həntbol oyunçusu Kristina Podolskanın oğlu olaraq Polşanın Qlivise şəhərində dünyaya gəlmişdir. 1987-ci ildə ailəsi ilə birlikdə Almaniyaya köçmüşdür. Podolski 2011-ci ildə evlənmişdir. == Klub karyeraları == Köln Futbola 1991-ci ildə Cuqend 07 Berqhem klubunun futbol məktəbində başlamışdır. 1995-ci ildə Köln futbol klubunun U-15 komandasına keçdi. 2003-cü ildə ilk dəfə Köln'ün ikinci komandasında oynamışdır. Daha sonra U-19 komandasında göstərdiyi uğurlardan sonra 18 yaşında birinci komandada oynamışdır. Lakin Köln liqanı sonuncu yerdə bitirdikdən sonra ikinci liqaya düşmüşdü.
Mogilyov-Podolski
Moğıliv-Podilskıy (ukr. Могилів-Подільський, pol. Mohylów Podolski, rum. Moghilău/Movilău, idiş מאָהילעװ‎) — Ukraynanın Vinnitsa vilayətində şəhər, eyniadlı rayonun inzibati mərkəzi. Dnestr çayı sahilində gəmi dayanacağı rolu oynayan şəhərdə dəmiryol stansiyası var. Moğıliv-Podilskıydə maşınqayırma, cihazqayırma, mexaniki təmir, şərab, konserv, yağ zavodları, mebel, tikiş fabrikləri, tikinti-quraşdırma, ticarət texnikumları, tibb, musiqi, idman məktəbləri, mədəniyyət evi, ölkəşünaslıq muzeyi və s. var. XVI əsrdə salınmışdır. Вирський Д. С. Могилів-Подільський // Енциклопедія історії України: у 10 т. / Редкол.: В. А. Смолій (голова) та ін.; Інститут історії України НАН України.
Polonski adası
Polonski adası (yap. 貝殻島, rus. остров Полонского) — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. Ada inzibati cəhətdən Saxalin vilayəti Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adaya Yaponiya iddua edərək onu Hokkaydo prefekturası Nemuro subprefekturası ərazisi hesab edir. Üstəlik yaponlar adanı Kuril adalarının deyil Habomai arxipelaqına daxil ada kimi qeyd edir. Ada İkinci Dünya müharibəsi sonucunda SSRİ tərəfindən ələ keçirilmişdir. Adı görkəmli rus tarixçisi, Sakit okeanda bir çox coğrafi kəşflərə imza atmış Aleksandr Polonski. şərəfinə adlandırılmışdır. Adanın səthi düzəndir.
Polonski boğazı
Polonski boğazı — Sakit okeanda yerləşən boğaz Osloki adaları və Polonski adasını Zelyonıy adasından ayırır. Boğazın eni 11 km-dir. Kuril adalarının Böyük Kuril sıralaması arasında qərarlaşır. Boğaz rus tarixçisi Aleksandr Semyonov Polonskinin şərəfinə adlandırılmışdır.
Stanislav Potoçki
Stanislav Revera Potoçki (1579, Kamenets-Podolski – 27 fevral 1667, Lvov, Polşa Krallığı Taxt-tacı) — Polyak zadəgan, komandir və hərbi lider. Tufan dövründə Stefan Czarniecki ilə birgə işğalçı isveçlilər və rusları məğlub etmişdirlər. Kral II Jan Kazimierz Wazanın ən etibarlı məsləhətçisi idi. Polşa-İsveç müharibələrində iştirak etmişdir. Stanislav Revera Potoçki 27 fevral 1667-ci ildə vəfat etmiş Podhajcedəki Müqəddəs Üçlük Kilsəsində dəfn edilmişdir.
Vladimir Polonski
Vladimir İvanoviç Polonski (əsl adı Ruven Qerşeviç; 5 (17) iyun 1893, Tobolsk – 30 oktyabr 1937, Moskva) — sovet partiya və həmkarlar ittifaqı xadimi. 1922-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Vladimir Polonski 1893-cü ildə Rusiyanın Tobolsk viləyatində yəhudi ailəsində doğulmuşdur. 1908-ci ildə matros kimi çalışmağa başlayıb, 1912-ci ildə isə Sankt-Peterburqda elektrik ustası kimi işləyirdi. 1907-ci ildə Rusiya Sosial Demokratik Partiyisanın üzvüdür. Polonski 1914-cü ildə öz siyasi baxışlarına görə həbs olunmuşdur. 1930–1933-cü illərdə Azərbaycan Kommunist Partiyasının I katibi olub. Vladimir Poloski 22 iyun, 1937-ci ildə yaratdığı siyasi münaqişələrə görə yenidən həbs edilir. Ona güllələnmə əmri verilir və 1937-ci il 30 oktyabr tarixində Lyublyana türməsində güllələnir. Vladimir Poloski Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir.
Yakov Polonski
Polonski Yakov Petroviç (18 dekabr 1819 və ya 19 dekabr 1819, Ryazan[…] – 30 oktyabr 1898[…], Sankt-Peterburq) — rus şairi, etnoqrafı, dövlət məmuru. Polonskinin şeirləri Rusiyada çox məşhurlaşmış, onun sözlərinə romanslar bəstələnmişdir ("Qaraçı qızının mahnısı" bu günə kimi xalq mahnısı kimi ifa olunur). O, 1840-1850 illərdə Qafqazda İmperator dəftərxanasında çalışmış, rəsmi dövlət orqanı olan "Zaqafqazskiy vestnik" qəzetinin redaktor müavini olmuşdur. Tiflisdə yaşadığı illərdə Qafqaz xalqlarının tarixi və məişəti ilə maraqlanmış, bir çox gürcü və azərb. şairləri, musiqiçiləri ilə dostluq əlaqələri saxlamışdır. Bu illərdə Polonski folklor motivləri ilə zəngin olan şerlərini yazmış və "Sazandar" adlı şeirlər kitabını (1849) nəşr etdirmişdir. Y.Polonski azərb. xanəndə Səttara şeirlər həsr etmiş, onun təsirli səsini və ifasını öz şeirlərində tərənnüm etmişdir.
Pokonji Dol
Pokonji Dol — Adriatik dənizinin Xorvatiya sahillərində, Hvardan 500 metr cənubda yerləşən bir adadır. Pokonji Dol Paklinski adalarından biridir. Adanın ortasındakı mayak 1872-ci ildə tikilib. Mayak açıq dənizdən gələn gəmilərin təhlükəsiz hərəkətini təmin edir.
Metaseiulus pedoni
Metaseiulus pedoni (lat. Metaseiulus pedoni) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Podolski Tovtrı Milli Parkı
Podolski Tovtrı Milli Təbiət Parkı (ukr. Національний природний парк «Подільські Товтри») — Ukraynanın Xmelnitski vilayətində yerləşən milli park. Milli park Kamenes-Podolski, Çemeroveski və Qorodokski rayonlarının ərazisinə daxildir. Podolski Tovtrı Milli Parkı 2008-ci ildə Ukraynanın 7 Təbiət möcüzəsindən biri seçilmişdir. 13 iyul 2017-ci ildə milli park UNESKO-nun Ümumdünya irsinə daxil edilmişdir. Park ərazisində Avropanın və Karpatların nadir fıstıq meşələri qorunur. Milli park 27 iyun 1996-cı ildə Ukrayna prezidentinin qərarı ilə yaradılmışdır. Məqsəd təbi landşaftı və tarixi-mədəni komplekslərin qorunması, elcə də estetik, elmi və sağlamlıq istiqamətlərdə istifadə idi. Milli parkın ümumi sahəsi — 261 316 hektardır. Parka məxsus ərazi isə 1300 hektardır.